"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: "Haqqımda çoxlu ksenofob təhqirlər yazıblar" - FOTO

"Crocus"da onlarla insanı xilas edən azərbaycanlı: "Haqqımda çoxlu ksenofob təhqirlər yazıblar" - FOTO
Moskva vilayətində "Crocus City Hall" kompleksində terror zamanı qəhrəmanlıq göstərənlərdən biri də azərbaycanlı Kamil Nəsibov olub. 30 yaşlı Kamil binadakı "Şokoladnitsa" kafesində işləyib.
Kamil Rusiyanın "Çerta" media resursuna bildirib ki, iş gününün bitməsinə on dəqiqə qalmış o, həmkarını siqaret çəkməyə dəvət edib. Çölə çıxdıqdan bir neçə dəqiqə sonra isə atəş səsləri eşidiblər. Əvvəlcə nə baş verdiyini anlamayıblar, ancaq insanların yerə yıxıldığını görəndə, üzbəüz restorana qaçıb kömək istəyiblər.
Kamil bundan sonra yenidən hadisə yerinə qayıdaraq yaralılara hadisə yerindən uzaqlaşdırmağa başlayıb, bəzilərini isə taksi ilə yola salıb.
Kamil o zaman nə qədər insana yardım edildiyini dəqiq bilmir: onun sözlərinə görə, çoxlu yaralı olub.
Azərbaycanlı gənc vurğulayıb ki, girişdə yaralılara kömək edən daha bir neçə nəfər olub. Amma binanın içərisinə girməyə cəsarət edənlər az idi. Kamillə birlikdə kostyumlu orta yaşlı kişi qaçaraq binaya girib. Sonradan Nəsibov onu gözdən itirib.
Bundan sonra o, mərtəbələri gəzərək bağlı qapı arxasında qalan, yolunu itirən insanlara kömək edib, onları xilasedicilərin olduğu istiqamətə yönəldib.
Həmin gün Kamil evinə metro ilə qayıdıb. Evə çatanda isə dostlarının onu gözlədiyini görüb. Belə ki, yaralıları xilas etməyə getməzdən əvvəl onlardan bəziləri üçün səsli mesajlar göndərərək hamı ilə vidalaşıb.
"Həmin gecə səhər beşə qədər yata bilmədim, burnumdan qan axırdı. Ertəsi gün baş ağrısı və ürəkbulanma var idi. Amma sonra hər şey keçdi", - deyə Kamil olanları xatırlayır.
O, hadisə zamanı keçirdiyi hisslərindən də danışıb: "Təbii ki, qorxulu idi. Heç kim bilmirdi ki, onlar (terrorçular) gediblər, yoxsa hələ də buradadırlar. Ancaq beş dəqiqə sonra atışma yerinə qayıdan adam buna biganə qalır - ən vacibi insanları xilas etməkdir. Bu qəhrəmanlıq deyil, buna insanlıq deyirlər".
Qeyd edək ki, "SHOT" "Telegram" kanalı onunla müsahibədən bir parçanı "Crocus"da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas etdi" başlığı ilə yerləşdirib. Kanal abunəçilərinin çoxu Kamilin qəhrəmanlığını alqışlasalar da, onların arasında yazı müəlliflərini miqrantların imicini "ağartmaq" cəhdində ittiham edənlər və Kamilə qarşı ksenofob təhqirlər yazanlar da tapılıb.
Kamil təhqirlərə cavab verməmək qərarına gəlib: "Mən onlara nəyi sübut etməliyəm? Bu, insanların gündəlik mənfilik dozası lazımdır və mən bunu onlara verməyəcəyəm. "Crocus"da olmayan kreslo şərhçiləri üçün insanları mühakimə etmək çox asandır. Mən heç kimə təhqiramiz cavab vermədim, sadəcə oxudum. Ancaq sonda bir neçə nifrət postunun müəllifi ilə əlaqə saxlamaq qərarına gəldim, onlara hesabımdan şəxsi mesaj göndərdim: "Qulaq asın, bu saxta deyil, mən real insanam, bot deyiləm". Onlar "Telegram"da şəkillərimə baxdılar, gördülər ki, feyk profil deyil və üzrxahlıq etdilər.
Qeyd edək ki, Kamil Nəsibov Sumqayıt şəhərində doğulub və məktəbi bitirib. O, üç il əvvəl işləmək üçün Moskvaya yollanıb.  / oxu.az

Maraqlı       Tarix: 28 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı şou biznes xəbərləri xəbər.az bu gune olan xeberler