Dağlıq Qarabağın artıq statusu var: O, Azərbaycanın bir hissəsidir - MÜSAHİBƏ

Dağlıq Qarabağın artıq statusu var: O, Azərbaycanın bir hissəsidir - MÜSAHİBƏDağlıq Qarabağın artıq statusu var: O, Azərbaycanın bir hissəsidir - MÜSAHİBƏ
ABŞ-da hökumət başına yeni rəhbərliyin gəlişi Ermənistanda müsbət emosiyalar dalğasına səbəb olub.
Ermənistanda gözləntilər var ki, rəsmi Vaşinqton Qarabağın statusu məsələsini qaldıracaq, ATƏT-in Minsk qrupunu nizamlanmaya cəlb edəcək və Türkiyəni prosesdən kənarlaşdıracaq.
ABŞ-ın yeni dövlət katibi Entoni Blinken bu posta seçilməmişdən əvvəl etdiyi açıqlama qeyd etmişdi ki, dövlət katibi olacağı təqdirdə ABŞ münaqişənin nizama salınmasında iştirakını aktivləşdirəcək və yeni müharibənin qarşısını almağa çalışacaq.
Buraya ABŞ-ın həmsədr olduğu Minsk Qrupu vasitəsilə prosesdə iştirakımızı aktivləşdirmək və üçüncü tərəfin müdaxiləsindən yayınmaq üçün əlavə diplomatik fəaliyyət daxildir.
Burada üçüncü tərəf deyildikdə aydındır ki, Türkiyə nəzərdə tutulur.
Bundan əlavə, konqresmen Adam Şiff bəyan etmişdi ki, ABŞ Konqresi "Artsax respublikası"nın müstəqilliyini tanımalıdır.
A.Şiff bu barədə "Asbarez"ə müsahibəsində demişdi. O, həmçinin bildirmişdi ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları bərpa etməlidir. Konqresmen Türkiyənin bölgədəki rolunun azaldılması zərurətinin də olduğunu bildirmişdi.  
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza Media.Az-a müsahibəsində vəziyyəti şərh edib:
- Həqiqətən də, ABŞ Senatındakı dinləmələr zamanı Entoni Blinken dövlət katibi olacağı təqdirdə Qarabağ münaqişəsinin son həllində ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsinə dəstək verəcəyini bildirmişdi. E. Blinken üçüncü ölkələrin bu prosesə müdaxiləsinə də qarşı çıxmışdı. Əlbəttə o, Türkiyəni nəzərdə tuturdu.
Burada bir neçə məqama diqqət etmək lazımdır. Əvvəla, dinləmələr seçki kampaniyası kimi bir şeydir. Mən bunu çox yaxşı bilirəm. Vaxtilə erməni icması ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyimin əleyhinə idi.
Belə ki, bu cür dinləmələr zamanı erməni icması senatorlara təsir edir, onları maraqlandıran mövzulara dair suallar verirlər. Onlar çox istəyirlər ki, Qarabağ münaqişəsinin son həlli ATƏT-in Minsk qrupu çərçivəsində həll edilsin. Ancaq Azərbaycan və Rusiyanın mövqeyinə gəlincə bu, Bakı və Moskvanın qəbul etdiyi birgə bəyanatda öz əksini tapıb.
Bütün namizədlər üçün dinləmələr çətin keçir, xüsusən də namizəd bir çox senatorun erməni icması ilə əməkdaşlıq edəcəyini bilirsə. Əgər onların sevmədiyi bir şey desəydi, o, sadəcə olaraq Dövlət katibi ola bilməzdi. Ona görə də nəzərə almaq lazımdır ki,  E. Blinken faktiki olaraq onları yola verirdi. "Bəli, biz kömək etmək istəyirik, istəyirik ki, müharibə olmasın" kimi cavablar təbiidir və hər hansı öhdəlik daşımır.
Sizcə, Vaşinqtondakı yeni rəhbərlik dövründə bu ölkənin Ankara ilə münasibətləri necə olacaq?
- Türkiyəyə gəldikdə, başa düşmək lazımdır ki, ABŞ Konqresində bu ölkənin dostu yoxdur. Vaşinqton Ankaranın Rusiyanın "S-400" raket sistemlərini almasından çox narazıdır. Konqresmenlər və senatorlar bununla Türkiyənin NATO və ABŞ ilə deyil, Rusiya ilə ortaq bir yol seçdiyinə inanırlar. Mən isə hesab edirəm ki, onlar böyük səhv edirlər.
Gəlin Qarabağ mövzusuna qayıdaq. Konqresmen Adam Şiffin ABŞ Konqresinin separatçı "Artsax Respublikası"nın müstəqilliyini tanımalı olduğuna dair açıqlaması olmuşdu.
- Bu açıqlama sürpriz olmadı (gülür). Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin bu onun fikridir və Birləşmiş Ştatların, hətta Konqresin də siyasəti deyil.
Əlbəttə eyni zamanda, Adam Şiffin nüfuzlu konqresmen olduğunu da etiraf etməliyik. A. Şiff ilə eyni fikirdə olan digər konqresmenlər də var. Onun qondarma "Artsax Respublikası"dan bəhs etməsinin heç bir əhəmiyyəti yoxdur. ABŞ hökuməti mövcud olmayan bu qurumu heç vaxt tanımayacaq. A. Şiff ABŞ-dakı erməni icmasından ciddi dəstək aldığına görə anti-türk mövqeyi tutur.
O, ATƏT-in Minsk Qrupunun işini bərpa etməsini istəyir. Bu Amerika diplomatiyasının ənənəvi yanaşmasıdır. Sülh prosesini möhkəmləndirə biləcək danışıqlara etiraz etdiyinizi açıq şəkildə demək olmaz. Digər tərəfdən aydındır ki, kimsə Minsk formatında danışıqları bərpa etmək istəyirsə, bu danışıqların predmetini, nələrin müzakirə edilməli olduğunu bilməlidir.
Cənab Şiffin, ABŞ-ın erməni icmasının, Ermənistan və Fransa hökumətlərinin nəzərincə, bu, Dağlıq Qarabağın hüquqi statusudur.
Ancaq Bakı və Moskvaya görə, artıq hər şeyə qərar verilib, status yoxdur və bu, 10 noyabr sənədində öz əksini tapıb. Daha doğrusu, bir status var: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
ABŞ-ın yeni rəhbərliyinin Qarabağla bağlı razılaşmaları şübhə altına alacağını düşünmürsüz ki?
- Mən düşünmürəm ki, Bayden administrasiyası bu razılaşmanı şübhə altına alacaq. İndi sadəcə olaraq Senatdakı seçkilər və dinləmələrlə əlaqədar siyasi oyun gedir. Bura Vaşinqtondur.
Prezident C.Baydeni və yeni dövlət katibi E. Blinkeni şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, onlar Qarabağla bağlı razılaşmanı pozmağa çalışmayacaqlar.
Bəli, Vaşinqtonda bu razılaşmanın ABŞ-ın maraqlarına uyğun olmadığını düşünən bir çox insan var.
Belə ki, onlar razılaşmanın əldə olunmasında Vaşinqtonun dostu olmayan Rusiyanın iştirakını bu ölkənin nailiyyəti hesab edir.
Həmçinin məhz bu səbəbdən irəli gələrək xüsusilə C.Baydenin prezidentlik dövrünün əvvəlində Türkiyə ilə münasibətlər bir qədər gərgin olacaq. Dediyim kimi, konqresmenlər və ABŞ administrasiyasının üzvləri düşünürlər ki, Türkiyə "S-400" komplekslərini almalı deyildi.
Suriyanın şimalına dair də sual da var, kürdlərə qarşı hərbi əməliyyatlardan söhbət gedir. Ancaq bu siyasətçilər baş verənlərdən sadəcə olaraq xəbərdar deyillər. Ancaq bir neçə aydan sonra Türkiyə ilə ABŞ arasındakı münasibətlər yaxşılaşacaq. Bundan əlavə, Qarabağla bağlı əldə olunmuş razılaşmaların əhəmiyyətinin tam şəkildə qavranılması baş verəcək. /oxu.az

Siyasi       Tarix: 28 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler ən son xeberler cəbhədən son məlumatlar krimnal bugun