Daha bir təhlükəli kompüter oyunu yayılmaqdadır: "Xəstə ruhlu aşiq" - FOTO
Daha bir təhlükəli kompüter oyunu yayılmaqdadır: "Xəstə ruhlu aşiq" - FOTO
"Yandere Simulator" adlı kompüter oyunu dünyada həyəcan təbilinin çalınmasına səbəb olub.
İki il əvvəl gəncləri intihara sövq etdiyi səbəbilə böyük müzakirələrə səbəb olan "Mavi balina"ya bənzər bu oyun mütəxəssislərdə narahatlıq yaradıb.
"Yandere" sözünün hərfi mənası "xəstə ruhlu aşiq" deməkdir. "Yandere Simulator" oyununda da əsas personaj qeyri-sağlam, normal olmayan hisslərlə sevdiyi oğlanı digər qızlara qısqanır. Buna görə də ona yaxınlaşan qızları öldürür və qətlin bütün dəlillərini məhv edir.
Öldürmə rejimi seçilməzsə, oyunçunun qarşısına digər qızların söhbətlərinə qulaq asmaq, fotoşəkillərini çəkmək və yaymaq kimi iyrənc üsullarla rəqiblərini oyundan kənarlaşdırmaq məqsədi qoyulur. Ayaqyolunda, hovuzda və ya idman zalında həyata keçirilən cinayətlərin mükafatı isə qazanılan "etibar" olur.
Oyunla bağlı ABŞ məhkəmə orqanları tərəfindən də tez-tez xəbərdarlıq verilir.
Həmçinin bu il noyabrın 30-da Türkiyənin Mersin şəhərində məktəb tualetində sinif yoldaşı olan qızı öldürən şagirdin də oyundan təsirlənmiş ola biləcəyi iddia edilir.
Türkiyəli psixiatr Armağan Samancının fikrincə, bu cür oyunlarda "Qazanmaq üçün nə etsən, məqbuldur" düşüncəsi ilə cəmiyyətdə yaxşı şəxsiyyətlər yetişdirmək anlayışı məhv edilir. Bu da aqressivliyə meyilli fərdləri pis əməllərə sövq edə və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Armağan Samancı bildirib ki, virtual dünya idarə olunması çox çətin bir dünyadır. Lakin real həyat kimi qanunlara və qaydalara uyğun olmalıdır.
Türkiyəli hüquqşünas Fadime Polat isə bu oyunun son dərəcə təhlükəli olduğunu qeyd edir. Onun fikrincə, bu tətbiq oyun marketlərindən silinməli və ya oyuna giriş bloklanmalıdır.



Mənbə: Haber Global / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR