"Daha da yaxşı işləyəcəyəm" - Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən sədri seçilən Məzahir Pənahov haqqında yazılanlara münasibət bildirib.
azxeber.com xəbər verir ki, Məzahir Pənahov Manset.az-a açıqlamasında MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu deyib.
"Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm", - M.Pənahov əlavə edib.
Daha sonra MSK sədri oğlu ilə gəlini arasında baş verən qalmaqal barədə jurnalistin sualına cavab verməyib.
Qeyd edək ki, Məzahir Pənahovun gəlini H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatlar, fotolar yayılmışdı. H.Pənahova ərinin içki aludəçisinə çevrildiyini, şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirdiyini iddia edib. Həmçinin MSK sədrinin oğlunun qızılları qaytarmaq və boşanmaq istəmədiyi bildirilib.
Xatırladaq ki, Məzahir Pənahovun yenidən MSK sədrliyinə namizəd olmayacağı və yaşının çox olması ilə bağlı məlumatlar yayılmışdı.
75 yaşlı M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK