Dahilərin xəstəliyi

Dahilərin xəstəliyiQıcolma tutması əhali arasında çox geniş yayılmış klinik haldır. El arasında buna ürəkgetmə, qıcolma da deyirlər. Ona görə də ürəkgetmə şəklində belə tutmaları olan xəstələr çox zaman kardioloqa müraciət edirlər. Bəzən bu tutmalar müxtəlif atipik əlamətlərlə təzahür etdiyindən çox vaxt diaqnoz və müalicə zamanı yanlışlıqlara yol verilir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.
Nevropatoloq deyib: "Qıcolma tutmaları uşaqlar arasında çox geniş yayılıb. Buna bətndaxili və ya doğuş zamanı müxtəlif zərərli və zədələyici amillər səbəb ola bilər. Uşaqlarda beyinin kifayət qədər tam inkişaf etməməsi səbəbindən onun oyanması çox həssas olur və diffuz qıcolma reaksiyası ilə nəticələnir. Həmçinin körpələrdə beyin damarlarının keçiriciliyinin yüksək olması səbəbindən infeksiyaların təsirindən beyindaxili təzyiq arta və qıcolma ilə nəticələnə bilər.
Epilepsiya təkrar qıcolma tutmaları ilə xarakterizə olunan baş-beyinin xroniki xəstəliyidir. Epileptik tutmalar auralı və aurasız olur. Klassik epileptik tutmalar çox spesifik olur. Bəzi xəstələrdə tutmadan bir neçə saniyə öncə aura yaranır. Aura xəstədə xüsusi xəbərdaredici bir haldır. Belə ki, xəstələrdə bəzən tutmadan bir neçə saniyə öncə göz qarşısında qığılcımların olması, qulaqda bəzi səslərin eşidilməsi, sanki daxili gərginliyin artması kimi hallar olur. Bu əlbəttə ki, xəstələr üçün müsbət haldır. Onlar tutma olacağını bilir, özlərinə normal poza seçirlər ki, böyük zədə almasınlar. Aurasız qıcolma tutmaları daha təhlükəlidir. Belə xəstələr epileptik tutmalar zamanı travmatik zədələr ala bilirlər. Adətən bir xəstədə tutmadan öncə eyni aura baş verir. Lakin bir xəstə ilə digərinin aurası fərqlənə bilər. Auradan sonra huşun itməsi və qıcolma baş verir. Əvvəl toniki, ardınca klonik qıcolma qeydə alınır. Tənəffüs əzələləri cəng olduqda qısa müddətdə tənəffüs dayanması və dilin dişlənməsi baş verir. Qeyri-iradi sidik ifrazı, sonra tutma müşahidə olunur. Bəzən tutmadan sonra yuxululuq, bir sıra hallarda isə oyanıqlıq qeydə alınır. Xəstələrin bir qismində tutmalardan sonra baş ağrıları, halsızlıq kimi hallar müşahidə oluna bilər".
Mütəxəssisin sözlərinə görə, epilepsiyanın qeyri-epileptik tutmaları da mövcuddur. Yenidoğulmuşların asfiksiyası, hemolitik xəstəlikləri, doğuş zamanı aldıqları kəllədaxili travmaları, mərkəzi sinir sisteminin defekti, anadangəlmə eybəcərliklər, mikrosepaliya, hidrosepaliya zamanı, o cümələdən baş-beyin şişləri, damar və ürək patologiyaları, anevrizmalar, angiomatozlar, beyin qan dövranının kəskin pozuntuları, anadangəlmə ürək qüsurları, kəskin respirator xəstəliklər, neyroinfeksiyalar, meningitlər, ensefalitlər, yüksək temperatur zamanı qıcolmalar müşahidə oluna bilər. Epileptik tutmalar, həmçinin profilaktik peyvəndlər, müxtəlif intoksikasiyalar, bir çox müxtəlif maddələr mübadiləsi pozulmaları, bəzi qan xəstəlikləri, dərman, narkotik qəbulu, bəzi preparatların qəbulunun dayandırılması zamanı da qeydə alına bilər. Bunlar epilepsiyanın qeyri epileptik tutmalarıdır.
Qıcolma tutmalarının yaranmasının əsasında baş-beyin neyronlarının oyanıqlığının artması dayanır. Bu neyronlar da beyinin müvafiq yerində ocaq əmələ gətirir ki, onun oyanması hesabına qıcolma tutmaları baş verir. Baş-beyinin travmaları, deinsefal zədələnmələri, infeksiyaları, epilepsiyaya irsi meyillilik, hamiləlik zamanı ananın keçirdiyi intoksikasiyalar, infeksiyalar, onun qəbul etdiyi dərman preparatları, travma, abort təhlükəsi, doğuş vaxtı asfiksiyalar, cift dolaşması, sürətli və ya uzun çəkən doğuşlar, böyüklərdə qan dövranının kəskin pozulmaları, insultlar qıcolma tutmalarının yaranmasına səbəb ola bilər.
Epilepsiya xəstəliyindən dahi insanlar daha çox əziyyət çəkiblər. Ona görə də qədim zamanlarda epilepsiya "dahi xəstəlik" və ya "dahilərin xəstəliyi" adlandırılıb. Napoleon Bonapart, Yuli Sezar, Fyodor Dostoyevski, Fridrix Hendel, Alfred Nobel, Dante Aligyeri kimi məşhur insanlar bu xəstəlikdən əziyyət çəkiblər.
Y.Rəşidova bildirib ki, epilepsiyanın insanın yıxılması, ağzından köpük gəlməsi, qeyri-iradi sidik ifrazı kimi simptomlarının qeydə alınmasından başqa fərqli əlamətlərin müşahidə olunduğu atipik forması da var. Buna bəzən diqqət yetirilmir və epilepsiya xəstəliyinin olduğu anlaşılmır. Bəzi xəstələrdə uzun müddət davamlı olaraq udqunma, öskürək, gülmə, gözləri qırpma, üzdə, çiyində, bədənin müxtəlif nahiyələrində tiklərin olması, el arasında gözün yol çəkməsi adlandırılan dalmalar, fikir yayqınlığı, qarında tutmaşəkilli sancılar müşahidə olunur. Çox nadir hallarda budda və baldırda davamlı tutmaşəkilli kəskin ağrılar da qeydə alınır. Bu əlamətlər epilepsiyanın atipik formasına aiddir.
"Xəstəliyin diaqnostikası üçün xəstə bütün müayinələrdən keçirilir. Elektroensefaloqramma müayinəsi zamanı aşkarlanır ki, belə hallar epilepsiyanın atipik forması zamanı verir. Belə ki, bəzən xəstəlik çox müşahidə olunan və başqa heç bir əlaməti olmayan başağrısı fonunda da üzə çıxır. Yəni xəstədə heç bir əlamət olmur. Xəstə əsasən gicgah nahiyələrində qeydə alınan şiddətli baş ağrılarından şikayət edir. Ağrılar çox zaman ağrıkəsicilərə tabe olmur, xəstənin anamnezi və elektroensefaloqramma müayinəsi ilə aşkarlanır ki, bu hal epilepsiyanın atipik formasıdır. Ona görə də epilepsiya xəstələrə və həmin xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərə atipik əlamətlərə də diqqət yetirmələri, nevropatoloqa müraciət etmələri, onun müayinəsindən keçmələri tövsiyə olunur ki, xəstəyə dəqiq düzgün diaqnoz qoyulsun.
Qıcaolması olan hər kəs ilk öncə elektroensefaloqramma müayinəsindən keçməlidir. Səhvən əvvəlcə maqnit-rezonans tomoqrafiya müayinəsi aparılır. Doğrudur, maqnit-rezonans tomoqrafiya müayinəsi travmadan sonra beyin şişlərində olan qıcolmalar zamanı böyük əhəmiyyət kəsb edir. Lakin maqnit-rezonans tomoqrafiyada epilepsiyanın ocağı görünməyə bilər. Buna baxmayaraq, xəstədə tutmalar davam edə bilər. Çox zaman xəstələr ilk öncə maqnit-rezonans tomoqrafiya müayinəsindən keçirlər, müayinə zamanı heç bir dəyişiklik olmadığına görə ya arxayınlaşır, ya həkimə müraciət etmir, ya da onun yazdığı dərmanları qəbul etmirlər. Nəticədə xəstələrdə böyük epileptik tutmalar baş verə, hətta epileptik statusa qədər gətirib çıxara bilər. Ona görə də qıcolma tutması olan hər bir insan əvvəlcə mütləq elektroensefaloqramma müayinəsindən keçməlidir. Müayinənin nəticəsinə mütəxəssis baxışı olmalıdır. Həkim ehtiyac yarandıqda dəqiq diaqnoz qoymaq üçün xəstəni digər müayinələrə göndərə bilər", - deyə nevropatoloq qeyd edib.
Yeganə Rəşidova epilepsiya xəstələrinin düzgün müalicə nəticəsində 95 faiz hallarda sağaldığını, həmin xəstəlikdən əziyyət çəkənlər arasında ölüm hallarının nadirən qeydə alındığını da diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler son xeberler 2026 xabar az sonxəbərlər