Danışıqların Bakıda keçirilməsi ehtimalı ön plandadır - ŞƏRH

Danışıqların Bakıda keçirilməsi ehtimalı ön plandadır - ŞƏRHRusiya-Ukrayna danışıqlarının növbəti raundunun sabah keçiriləcəyi fonunda Belarusun müharibəyə qoşulduğu haqda xəbərlər yayıldı: Ukrayna tərəfi Belarus qoşunlarının Çernikova daxil olduğunu açıqlayıb.
Lukaşenko "müharibəyə qoşulmamışıq, Rusiya bunu bizdən istəməyib" desə də, hücumun başlanğıcından Belarus faktiki olaraq bu prosesdə iştirakçı ölkədir. Lakin danışıqlardan bir gün öncə Ukrayna tərəfinin yaydığı xəbər Belarus-Polşa sərhədində keçiriləcək danışıqların ikinci raundunu sual altına salır.
Mümkündür ki, Ukrayna Belarusun müharibəyə qoşulduğunu açıqlaması ilə siyasi manevr edir və ikinci raundun indi, həm də Minskin vasitəçiliyi ilə keçirilməsini istəmir: bu, zaman qazanmaq məqsədinə xidmət etməklə yanaşı, danışıqların detallarına dair suallar da yaradır.
Birinci raunda hər iki tərəf heç birinin qəbul etməyəcəyi şərtlərdən çıxış etdilər: Kiyev haqlı olaraq Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir; Moskva yenə "tərki-silah edilməsi, Krımın ilhaqının tanınmasını" istəyir.
Lakin hər iki tərəfin bu qədər sərt mövqeyinə rəğmən 5 saat nəyi müzakirə etdiyi də maraqlıdır. Moskvanın tələbləri fonunda Rusiya nümayəndə heyətinin 5 saatlıq görüşdə danışmaq üçün səbəbi var, rus qoşunlarının çıxarılmasını tələb edən Ukrayna işğalçı ilə nəyi müzakirə edir?
Cavabı çətin sualdır və hələ ki, bir ehtimal irəli sürmək mümkündür: Rusiya Ukraynanı düşünməyə vadar edən təhdid irəli sürür və bu təhdidi işə salmaq üçün son vaxt kimi ikinci raundu təyin edib.
Belarusun müharibəyə qoşulması ikinci raundun təxirə salınmasına və məkanın dəyişdirilməsinə imkan yarada bilər. Bu, Ukraynaya Qərb cəbhəsindən əldə edəcəyi hərbi yardım paketini tam əldə etməyə və müdafiəni təşkil etməyə imkan yaradar.
Görüş məkanı kimi hansı şəhər seçilə bilər?
Zelenski Varşava, Budapeşt, İstanbul və Bakını təklif edir.
Avropaya getmək istəməyən Moskva Varşava və Budapeştdən imtina edə, eləcə də Türkiyənin NATO ölkəsi olmasını səbəb gətirərək, İstanbula da getməyə bilər. Bu baxımdan, Rusiya-Ukrayna danışıqlarının Bakıda keçirilməsi ehtimalı daha ön plandadır.
Asif Nərimanlı /konkret.az

Siyasi       Tarix: 02 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal sonxeberler idman xeberleri kriminal bugun