"Danışıqların tezliklə sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edirik" - Hakan Fidan

Şuşa 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbənin rəmzidir. Bu Zəfər naminə canlarını fəda edən müqəddəs şəhidlərimizin xatirəsi önündə ehtiramla baş əyir, qazilərimizə hörmətimi ifadə edirəm.
KONKRET.az xəbər verir ki, bu sözləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasındakı çıxışında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün tarixi imkan yarandığını vurğulayan nazir deyib: "Bu fürsət sadəcə bəzi ölkələr üçün deyil, həm də hazırda bağlı olan kommunikasiyaların açılması kontekstində Türk dünyası da daxil olmaqla regional və qlobal təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Azərbaycan ilə Ermənistan arasında davam edən danışıqların tezliklə sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edirik. Bu prosesdə Azərbaycanın güclü qətiyyətini və müsbət mövqeyini xüsusilə təqdir edirik. Bəzi Qərb ölkələrinin Ermənistanı açıq-aşkar himayə edən və Azərbaycanın problemlərinə məhəl qoymayan qeyri-mütənasib mövqeyindən məmnun deyilik. Vurğulamaq istəyirəm ki, Türk dünyası bu prosesin uğurla başa çatması üçün qardaş Azərbaycana tam dəstəyini sonunadək davam etdirəcək".
Türk dünyasının beynəlxalq siyasətin mühüm mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdıran türkiyəli nazir qeyd edib ki, qlobal güclərin rəqabətinin bizim regiona təsirini azaltmaq üçün səyləri birləşdirmək, bütün imkanlardan istifadə edərək birgə rifah naminə fəaliyyət göstərmək lazımdır. Onun sözlərinə görə, regional əməkdaşlığın və müştərək çalışmaların iki təməl prinsipi məhz bundan ibarətdir.
Hakan Fidan vurğulayıb ki, hazırkı dünya nizamında nüfuzlu platforma kimi möhkəmlənən TDT çərçivəsində əlaqələri daha da inkişaf etmək üçün yaxşı fürsət yaranıb. Təhsil sahəsində əməkdaşlığın və gənclərlə bağlı layihələrin əhəmiyyətini qeyd edən nazir əlavə edib ki, tez bir zamanda vahid əlifba tətbiq edilməlidir.
Türkiyəli nazir gündəliyin əsas mövzularından olan rəqəmsal texnologiyalar, kommunikasiya, enerji, maliyyə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi hüquqi bazanın yaradılmasına ehtiyac olduğunu da qeyd edib. "Regionumuzda yaranan fürsətləri yeni kontekstdə dəyərləndirmək lazımdır", -deyə Hakan Fidan vurğulayıb.

Siyasi       Tarix: 07 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xeber saytlari son xeberler bugun 2026 muharibe sou xeberler