Daşkəsən və Kəlbəcərdəki filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkəti ilə müqavilə imzalandı - FOTO

Daşkəsən və işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində yerləşən "Qaşqaçay", həmçinin Kəlbəcər rayonunda olan "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin "Cengiz Holdinq" qrupuna daxil olan "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." şirkətləri ilə müqavilələrin imzalanması mərasimi keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının "Azərbaycan Respublikasının "Qaşqaçay", "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Sərəncamının icrasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə digər sahələrlə yanaşı, dağ-mədən sənayesinin inkişafı, yüksək potensialı olan müxtəlif filiz yataqlarının tədqiqi və istismarı prioritet istiqamətlərdəndir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə Kəlbəcər rayonunda dağ-mədən fəaliyyətinin başlanmasıdır. Hadisənin əlamətdar və qürurverici olduğunu qeyd edən iqtisadiyyat naziri 44 günlük Vətən Müharibəsində qazanılan böyük Qələbə ilə azad edilmiş ərazilərimizdə hazırda Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb.
Bu işlərdə Azərbaycan şirkətləri ilə yanaşı, dost və qardaş Türkiyənin, eləcə də bir sıra ölkələrin şirkətləri də iştirak edir. Bu gün əsası qoyulan layihələr Azərbaycan-Türkiyə qardaşlığını bir daha nümayiş etdirir. Vurğulanıb ki, tərəfdaşlarımızın podratçı deyil, investor kimi fəaliyyəti xüsusilə əhəmiyyətlidir və işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyətinin həyata keçirilməsi imkanlarının mövcudluğunun əyani sübutudur.
Nazir layihələrin yüksək sənaye-texnoloji və ekoloji standartlara uyğun həyata keçiriləcəyinə əminliyini ifadə edib. Geoloji kəşfiyyat işlərinin nəticələrindən asılı olaraq, gələcəkdə bu yataqların ətrafında dəyər zəncirini formalaşdıracaq emal müəssisələrinin qurulması nəzərdən keçiriləcəkdir. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir.
İqtisadiyyat naziri dağ-mədən sənayesinin inkişaf perspektivlərindən danışıb, Azərbaycan Respublikası Prezidentinin Daskəsən rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən, dəmir filiz mədəninin yenidən qurulması və istismara qaytarılması istiqamətində fəal işlər aparıldığını, ölkəmizin tranzit-logistik imkanlarının bu sahənin inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii resurslara malik olduğunu, yataqların istismara verilməsinin istehsal və emal sahələrinin yaradılmasında əhəmiyyətini vurğulayıb, bu sahədə böyük potensialı qeyd edərək yeni yataqların öyrənilməsi işlərinin aparıldığını bildirib.
Türkiyənin "Cengiz Holdinq" şirkətinin İdarə Heyətinin sədri Mehmet Cengiz imzalanan müqavilələrin ikitərəfli iqtisadi əməkdaşlığa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi quruculuq işləri, faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi və istismarına dair təqdimatlar keçirilib. 
Sonda Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin "Artvin Maden İşletmeleri A.Ş." şirkəti arasında "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının, həmçinin "Eti Bakır A.Ş." şirkəti ilə "Qaşqaçay" filiz yatağının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarına dair müqavilələr imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, "Cengiz Holdinq"in İdarə Heyətinin sədri Mehmet Cengiz imzalayıblar. 
Daşkəsən və Kəlbəcərdəki filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkəti ilə müqavilə imzalandı - FOTODaşkəsən və Kəlbəcərdəki filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkəti ilə müqavilə imzalandı - FOTODaşkəsən və Kəlbəcərdəki filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkəti ilə müqavilə imzalandı - FOTODaşkəsən və Kəlbəcərdəki filiz yataqlarının işlənməsi üçün Türkiyə şirkəti ilə müqavilə imzalandı - FOTO

İqtisadiyyat       Tarix: 04 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber cəbhədən son məlumat ən son xəbərlər xeber