"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO

"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO
2018-ci ilin aprelin 12-də İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub.
İlk dəfə "İlhamla davam" sloqanı da məhz bu tədbir zamanı səsləndirilib. Bu səbəbdən, "Davam" Gənclər Hərəkatı bu günü həm də ideoloji doğum günü kimi qeyd edir. Buna görə də 12 aprel tarixində "Davam"ın İdarə heyətinin üzvləri və bir qrup davamçı gənc Bakı Dayaq Mərkəzində bir araya gəlib.
Tədbirdə "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə heyətinin üzvləri Natiq Mehdiyev, Məhəmməd Türkmən, Sabir Rüstəmov, Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyev, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili və davamçı gənclər iştirak edib.
Nihad Allahyarlı gəncləri salamlayaraq tədbiri açıq elan edib. O bildirib ki, 3 il əvvəl Azərbaycan xalqı "İlhamla davam" deyərək stabilliyə, müsbətyönümlü dəyişikliklərə, Qarabağ probleminin həlli istiqamətində atılan addımlara da "davam" demiş oldu. Bu gün biz bu siyasətin əməli nəticələrinin təzahürünü həm ölkənin xarici siyasətində, həm də ölkədaxili islahatlar prosesinin gedişatında görürük. Artıq Qarabağ problemi arxada qalıb, Azərbaycanın qüdrətli ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Korrupsioner məmurlara qarşı mübarizə gücləndirilib, gənc kadrların önə çəkilməsi, islahatlar prosesi daha da dərinləşib. 
Tədbirdə çıxış edən Toğrul Allahverdili diasporla işin təşkilindəki mövcud vəziyyət, Azərbaycan diasporunun fəaliyyətindəki mənfi və müsbət məqamlar, qarşıda duran hədəflər barəsində söhbət açıb. O, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlılarla, əsasən gənclərlə daimi əlaqələrin qurulması üçün "Davam" Gənclər Hərəkatı nəzdində Diasporla İş Mərkəzinin yaradılması ilə bağlı təklif irəli sürüb. Öz çıxışının sonunda vurğulayıb ki, dünya azərbaycanlıları da "İlhamla davam" deyir və hər zaman İlham Əliyevin uğurlu siyasətinə olan dəstəklərini ifadə ediblər.
Tədbirin gedişatında İdarə heyətinin üzvləri də çıxış ediblər. Natiq Mehdiyev "Davam" ailəsini bu gün münasibətilə təbrik edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, gənclik hər zaman vətənpərvər olmalı və vətənpərvərlik ruhunda yetişdirilməlidir.
Məhəmməd Türkmən "Davam" Gənclər Hərəkatı tərəfindən media ilə bağlı atılacaq addımlar barəsində danışaraq gəncləri ictimai fəal olmağa çağırıb.
Anar İrzaquluyev regionlarda yaşayan gənclərin problemləri, istəkləri və arzularını dilə gətirib və onların "Davam"a olan maraq və tələbatını xüsusi vurğulayaraq hərəkatın şəbəkələşməsini təqdirəlayiq hesab edib.
Sonda davamçı gənclər də öz fikir və təkliflərini bildirərək xoş arzularını ifadə ediblər. Onlar "Davam Gənclər Hərəkatı tərəfindən gənclərin inkişafına göstərilən diqqətə görə təşəkkür ediblər.
"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO"Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTO

Siyasi       Tarix: 12 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu