Davos Forumu beynəlxalq statusunu qoruyan nüfuzlu platformadır

Davos Forumu beynəlxalq statusunu qoruyan nüfuzlu platformadır1971-ci ildə yaradılan Davos Forumu ilk illər yalnız iqtisadi xarakter daşısa da, ötən əsrin 70-ci illərinin ortalarından etibarən geosiyasi proseslərin həllinə də töhfə verməyə başladı. Qısa zaman ərzində Forum dünya ölkələrinin etimad göstərdiyi nüfuzlu platformalardan birinə çevrildi və 1987-ci ildə Dünya İqtisadi Forumu statusunu qazandı. Bu gün Davos Forumu qlobal iqtisadi böhranların həlli ilə yanaşı, mürəkkəb siyasi proseslərin tənzimlənməsinə də öz töhfəsini verməkdədir.
Forumda aparılan müzakirələr və keçirilən panel iclasları bir daha göstərir ki, iqtisadi və siyasi problemlərin həlli, bu gün heç vaxt olmadığı qədər, bir-biri ilə sıx bağlıdır. Xüsusilə indiki mürəkkəb dövrdə müzakirələr aparılmadan və qarşılıqlı etimada söykənən dialoq mühiti qurulmadan əksər problemlərin həlli mümkünsüz görünür. Beynəlxalq hüququn asanlıqla unudulduğu, güc faktorunun dominantlıq təşkil etdiyi müasir dünyada yalnız belə müzakirələr ortaq beynəlxalq rəyin formalaşmasına və hətta ən kəskin qarşıdurmaların çözülməsinə töhfə verə bilər. Prezident İlham Əliyevin yanvarın 20-də Davosda "Euronews" televiziyasına verdiyi müsahibədə səsləndirdiyi bu fikir elə həmin reallığı əks etdirir:
"Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu". 
Cənab Prezident müsahibədə onu da xüsusi vurğuladı ki, istənilən ölkənin iqtisadi rifahında, dövlət maraqlarının və milli təhlükəsizliyinin qorunmasında sabitlik amili xüsusi çəkiyə malikdir. Danılmaz həqiqətlərdən biri də odur ki, əlverişli investisiya mühiti, təhlükəsizlik və sabitlik kimi meyarlar həm ölkənin iqtisadi tərəqqisində, həm də xarici sərmayələrin cəlb edilməsində həlledici rol oynayır. Azərbaycan Prezidentinin beynəlxalq auditoriyaya ünvanladığı mühüm mesajlardan biri də bu oldu ki, ölkəmiz üçün risklər yalnız kənardan qaynaqlana bilər. Azərbaycan həm də bu səbəbdən qonşu ölkələrdə sabitliyin dayanıqlı olmasında maraqlıdır. Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclasında fikrini daha da inkişaf etdirərək, Serbiya Prezidenti Aleksandar Vuçiçin açıqlamasına bu cür münasibət bildirdi:
"Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür".
Cənab Prezidentin mövqe əminliyinin arxasında Azərbaycanın son iki əsrlik tarixində üzləşdiyi acı həqiqətlər dayanır. Tarixi torpaqlarımızın zaman-zaman işğal və ilhaqı, haqq səsimizin eşidilməməsi, qaçqın və köçkünçülük həyatı təkcə son 30 ilin problemi deyildi. İstər ötən əsrin 80-ci illərinin sonu- sovetlər dönəmində, istərsə də müstəqillik dövründə üzləşdiyimiz ayrı-seçkilik tarixi ədalətsizliyin daha açıq müstəvidə və daha kobud şəkildə davamı idi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum dörd qətnaməsinin 27 il kağız üzərində qalması, ATƏT-in Minsk qrupundakı keçmiş vasitəçilər üçlüyünün 28 il ərzində mandatını yerinə yetirməməsi və ya yetirmək istəməməsi tarixi ədalətsizliyin yalnız görünən tərəfidir. Prezident İlham Əliyevin beynəlxalq təsisatlarla bağlı açıqlamasının kökündə də elə bu həqiqətlər dayanır:
"Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq".
Son səksən ildə bənzəri olmayan bu cür tam və mütləq Qələbə yalnız ona görə mümkün oldu ki, xarici təzyiq və təhdidlərin, ayrı-seçkilik və ikili standartlar siyasətinin qarşısında güclü Azərbaycan faktoru dayandı, milli maraqlara xidmət edən Lider qətiyyəti ümumxalq dəstəyi ilə bütövləşdi. Ötən il avqustun 8-də Vaşinqton razılaşmalarının imzalanması və sülh sazişinin paraflanması da ona görə mümkün oldu ki, Azərbaycanın haqlı mövqeyinə, həqiqi və dayanıqlı sülh seçiminə dünyanın bir nömrəli ofisində-Ağ Evdə ilk dəfə olaraq adekvat və ədalətli münasibət göstərildi. Prezident Donald Trampın Azərbaycan Prezidentinə "Siz böyük Lidersiniz", -deyərək müraciət etməsi bir daha göstərdi ki, indiki mürəkkəb dünyada Lider faktorunun rolu əvəzolunmazdır. Siyasi liderlərin bir-birinə qarşılıqlı inam və etimadı bu gün əksər problemlərin açarıdır. Mövcud reallıqlar onu da sübut edir ki, Lider faktorunun rolunu danan və ya onun əhəmiyyətini kiçiltməyə çalışanlar yalnız siyasi uğursuzlar və cılız təbiətli qısqanclardır.
Üç il ərzində Minsk qrupunun ləğvinə qarşı çıxan Ermənistan rəhbərliyi də Vaşinqtonda Lider faktoru ilə hesablaşmağa və Minsk qrupunun buraxılmasına razılıq verməyə məcbur oldu. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Davosda keçirilən panel iclasında verdiyi bu açıqlama  bir daha həmin siyasi gerçəkliyi əks etdirir:
"Əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir". Serbiya Prezidenti Aleksadar Vuçiçin nüfuzlu auditoriya qarşısında səsləndirdiyi açıqlama isə xüsusilə diqqət çəkir:
"Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük".
Bu cür yüksək fikirlərin Davos Forumu kimi beynəlxalq statusunu qoruya bilən platformada səsləndirilməsi Dövlətimiz adına və hər bir Azərbaycan vətəndaşı üçün olduqca qürurvericidir. Ötən il dünya miqyasında bütün sülh modelləri araşdırıldıqdan sonra nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"nın məhz Azərbaycan Prezidentinə təqdim olunması qərarı həm də bu gerçəkliyin etirafıdır və o, mürəkkəb münaqişələrin həllində güclü Lider faktorunun rolunu növbəti dəfə təsbit edir. Tarix yenidən sübut edir ki, böhran vəziyyətində və ən kritik məqamlarda yalnız haqqa və öz xalqının etimadına söykənən Lider qətiyyəti dövlətin çoxəsrlik problemini həll edə və milli maraqlarını  istənilən gücün qarşısında qoruya bilir.
Ülvi Quliyev     / azxeber.com

Siyasi       Tarix: 22 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat novruz bayramı maşın realiti şou valyuta mezenesi