Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - AÇIQLAMA

Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - AÇIQLAMAPrezident İlham Əliyevin imzaladığı "Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiyaların ödənilməsinə başlanacaq. Sənəd Azərbaycan mənşəli qeyri neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi xərclərinin dövlət tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.
azxeber.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 
Deputat qeyd edib ki, gələn aydan ödənilməyə başlanılacaq kompensasiyalar mənşə sertifikatı ilə müəyyənləşdiriləcək və vəsaiti Azərbaycan mənşəli malların ixracatını həyata keçirən mikro, kiçik və orta sahibkarlar ala biləcək. Onun sözlərinə görə, bu zaman ixrac olunmuş qeyri neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.
"Kompensasiyanın məbləğinə gəldikdə isə gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə fərqli olacaq. 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq kompensasiyalarda hər bir ixrac bəyannaməsi üzrə yuxarı hədd müəyyən ediləcək və ödənişlər ona əsasən veriləcək.
Kompensasiyaların verilməsi ixrac həyata keçirən mikro, kiçik və orta sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verəcək. Bu, həmçinin qeyri neft-qaz ixracının strukturunun dəyişməsinə və bazarlar üzrə şaxələnməsinə də şərait yaradacaq", - deyə V.Bayramov əlavə edib. 

İqtisadiyyat       Tarix: 05 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

"Unibank"ın İdarə Heyətində dəyişiklik

"Unibank" KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə Heyəti sədrinin müavini, İcraçı Direktorun birinci müavini, Baş Əməliyyat inzibatçısı Heybət Qədirov öz ərizəsi əsasında tutduğu vəzifədən ayrılıb. Uniban

Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur. xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatınd

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzarsəfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimovil

Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb

Qırmızı Ürəklər Fondunun aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə həyata keçirdiyi "Onu Oxut" aksiyası yekunlaşıb. 17-31 avqust 2026-cı il tarixində keçirilən aksiya çərçivəsində 70

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət

6500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

AccessBank tender elan etdi

AccessBank QSC PaloAlto Firewall 2026 tenderi elan edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xeberler sonxabar az valyuta mezennesi kriminal xeber