"Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz"- Deputat

Xəbər verdiyimiz kimi, türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı və esseist Nassim Nikolas Talebə açıq məktub dərc edib.
Kırlıkovalı öz məktubunda Talebin Vardanyanın qeyd-şərtsiz azad edilməsi ilə bağlı çağırışını tənqid edib.
"Mən sizə Ruben Vardanyanın həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etdiyinizi bildirdiyiniz son açıq açıqlamanızla bağlı yazıram. Karyerasını gizli maliyyə riskləri, narrativ yanlışlıqlar və sistemli "korluq" barədə dünyanı xəbərdar etməyə həsr etmiş bir müəllifin diqqətlə formalaşdırılmış bir illüziyanın təsiri altına düşməsini müşahidə etmək dərin ironiyadır. Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin hərtərəfli təhlili göstərir ki, onun geniş tanınan xeyriyyəçi imici məhz sizin klassik şəkildə "narrativ sipər" adlandıracağınız bir vasitədir və qanunsuz maliyyə fəaliyyətini, eləcə də geosiyasi sabitliyin pozulmasını gizlətməyə xidmət edir", - Kırlıkovalı yazıb.
Onun fikrincə, Vardanyanın 2022-ci ilin sonunda Qarabağda qəfil peyda olması regional sabitliyi pozub. Kırlıkovalı xatırladıb ki, 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi Vardanyanı terrorçuluğu maliyyələşdirmə və qanunsuz silahlı birləşmələr yaratma da daxil olmaqla, müxtəlif ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edib.
"Qlobal platformanızdan kölgə ticarəti, qeyri-qanuni qlobal maliyyələşdirmə və hərbi logistika ilə sıx bağlı olan bir oliqarxın maraqlarını qorumaq üçün silah kimi istifadə etməklə qeyri-etik mövqe tutursunuz", - məktub müəllifi Talebə müraciətində qeyd edib.
O vurğulayıb ki, Vardanyanın fəaliyyətini yalnız humanitar missiya kimi qiymətləndirmək Talebin öz yazılarında dəfələrlə xəbərdarlıq etdiyi həmin "kor zonalar"ın qurbanına çevrilmək deməkdir.
E.Kırlıkovalının fikrincə, Talebin ictimai mövqeyi həm də Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarına qarşı empatiyanın olmamasından xəbər verir.
Qeyd edək ki, daha əvvəl N.Taleb sosial şəbəkədə Azərbaycanda mühazirə ilə çıxış etmək üçün dəvət aldığını, lakin Vardanyan həbsdə olduğu müddətdə gəlməkdən imtina etdiyini bildirmişdi. O, Vardanyanı "siyasi məhbus" adlandırıb.
Milli Məclisin deputatı Vüqar İskəndərov azxeber.com-a açıqlamasında deyib ki, Vardanyan uzun müddətdir bəzi beynəlxalq dairələr tərəfindən yalnız "xeyriyyəçi" və "ictimai xadim" obrazında təqdim olunur: 
"Türk-amerikalı alim Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı açıq məktub əslində təkcə bir şəxsin müdafiəsinə etiraz deyil, həm də beynəlxalq informasiya məkanında formalaşdırılan birtərəfli narrativlərə qarşı ciddi intellektual mövqedir. Ruben Vardanyan uzun müddətdir bəzi beynəlxalq dairələr tərəfindən yalnız "xeyriyyəçi" və "ictimai xadim" obrazında təqdim olunur. 
Halbuki onun fəaliyyəti ilə bağlı irəli sürülən çoxsaylı hüquqi və maliyyə xarakterli iddialar, eləcə də Azərbaycanın suveren ərazilərində qanunsuz siyasi fəaliyyət göstərməsi faktı bu məsələyə yalnız emosional deyil, hüquqi və siyasi prizmadan yanaşılmasını zəruri edir".
Deputat bildirib ki, Azərbaycanın mövqeyi əvvəldən aydındır: 
"Azərbaycanın mövqeyi əvvəldən aydındır. Ölkə ərazisində cinayət törətməkdə ittiham olunan hər bir şəxs milli qanunvericiliyə uyğun şəkildə mühakimə olunur və bu prosesə kənardan siyasi təzyiq göstərilməsi nə hüququn aliliyinə, nə də beynəlxalq münasibətlərdə bərabərlik prinsipinə uyğundur. Ergün Kırlıkovalının məktubunun diqqətçəkən tərəfi ondan ibarətdir ki, müəllif emosional bəyanatlar deyil, məhz faktlar, maliyyə əlaqələri, siyasi proseslər və geosiyasi nəticələr üzərindən arqumentlər qurmağa çalışır. Bu isə illərdir beynəlxalq mediada formalaşdırılan birtərəfli yanaşmaların alternativ baxışlarla da müzakirə olunmasının vacibliyini göstərir". 
V.İskəndərov qeyd edib ki, Azərbaycan bu gün regionda yeni təhlükəsizlik mühiti formalaşdırmağa çalışdığı bir vaxtda köhnə stereotiplər reallığı dəyişə bilməz: 
"Beynəlxalq nüfuza malik şəxslərin hər hansı mövqe ortaya qoyarkən yalnız bir mənbənin yaratdığı təsəvvürlə kifayətlənməməsi, hadisələri bütün tərəfləri ilə araşdırması daha obyektiv nəticəyə gətirib çıxarar. Xüsusilə münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi hədəflənirsə, hüquqi proseslərin siyasiləşdirilməsi deyil, beynəlxalq hüququn prinsiplərinə hörmət əsas yanaşma olmalıdır. Azərbaycan bu gün regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırmağa çalışdığı bir vaxtda köhnə stereotiplər və manipulyativ informasiya kampaniyaları nə reallığı dəyişə bilər, nə də məhkəmə proseslərinin mahiyyətinə təsir göstərə bilər. Əksinə, bu cür açıq məktublar göstərir ki, beynəlxalq ekspert dairələrində də hadisələrə daha tənqidi və balanslı yanaşan mövqelər getdikcə artır".
Şahanə Ziyad

Siyasi       Tarix: 05 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun son xəbər dunya xeberleri sonxeber.az