Zelenski dünyanı sərt tədbirlərə çağırdı: "Rusiya ağılını itirib..."

Zelenski dünyanı sərt tədbirlərə çağırdı: Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi qəddarlıqları kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün rəsmi "Telegram" kanalında paylaşım edib. O, rus qoşunlarının Xersonda dinc sakinləri hədəf alan qeyri-insani əməllərindən danışıb: "Bugün bir çoxlarını Xersonda rus dronlarının insanlara qarşı təşkil etdiyi növbəti "səhra ovu" videosu şoka saldı. Rusiya dronu Xersonda tərəvəz satan kişinin arxasınca məqsədli şəkildə düşüb, onun yaxınlığında partlayış töradıb və ruslar özləri bu cinayəti töratdiklərini etiraf edərək, insanlara necə əzab verdikləri ilə təkcə təəssüflənmədiklərini, həm də qürur duyduqlarını nümayiş etdiriblər. Partlayış nəticəsində həmin şəxs yaralanıb. Hər gün ruslar Xersonda adi insanlara qarşı belə "ovlar" təşkil edirlər".
Zelenski qeyd edib ki, dünya bu dəhşətli mənzərəni açıq şəkildə görməlidir: "Dünya bunu görməlidir. Rusiyanın ağıllını itirdiyini, Rusiya hərbçilərinin qətllərdən və insanlara qarşı məsxərəyə qoymaqdan həzz aldığını sübut edən hər bir faktı hər kəs bilməlidir".
Ukrayna Prezidenti həmçinin xəbərdarlıq edib ki, Rusiyanın bu cür terror üsulları təkcə Ukrayna ilə məhdudlaşmamalıdır: "Rusiyanın insanlara qarşı apardığı bu "səhra ovu" Ukraynada dayanmalıdır və əminəm ki, digər ölkələrə də yayılmamalıdır. Finlandiya və Qazaxıstan, Baltikyanı ölkələr və Polşa, Cənubi Qafqaz ölkələri, Rumıniya və Moldova – real təhlükəsizlik zəmanətlərinin olması və Rusiyanın bu müharibəsinin başa çatması üçün hər kəs birgə əməkdaşlıq etməlidir".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 05 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda bugünkü son xəbərlər bugünki xəbərlər hava durumu