DÇ-2026: Özbəkistan Kolumbiyaya uduzdu
Özbəkistan millisi dünya çempionatları tarixində ilk matçına çıxıb.
KONKRET.az idman.Biz-ə istinadən bildirir ki, DÇ-2026-nın K qrupunda keçirilən ilk oyunda özbəklər Kolumbiyaya 1:3 hesabı ilə məğlub olublar.
Mexikodakı əfsanəvi "Asteka" stadionunda baş tutan görüş mundial debütantı üçün kifayət qədər çətin keçib. Fasiləyədək rəqibin hücumlarının qarşısını alan Özbəkistan millisi 40-cı dəqiqədə qapısında qol görüb. Luis Diasın ötürməsindən sonra Daniel Munyos hesabı açıb.
İkinci hissədə Özbəkistan futbol tarixində əlamətdar hadisə yaşanıb. 60-cı dəqiqədə Abbosbek Fayzullayev hesabı bərabərləşdirərək komandasının dünya çempionatlarındakı ilk qolunun müəllifi olub.
Lakin özbək azarkeşlərin sevinci uzun çəkməyib. Bir neçə dəqiqə sonra Luis Dias Kolumbiyanı yenidən hesabda önə çıxarıb. Oyunun sonlarına yaxın Xamilton Kampas komandasının üçüncü qolunu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib – 3:1.
Beləliklə, Kolumbiya mundiala qələbə ilə başlayaraq ilk üç xalını qazanıb. Özbəkistan isə növbəti turda ilk xallarını əldə etməyə çalışacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

AzTV-nin operatoru Yusif Yaqubov vəfat edib
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR
Bakıda dünya rekordu yeniləndi
Millətlər Liqası: Türkiyənin Belçika sınağı
Bütün kənd onu axtarırdı – Əsgər Nəsimi Musayevin saxlanılmasının detalları - FOTO
18 yaşlı qız evdə ölü tapıldı
Qohumlar arasında silahlı insident: 2 ölü, 5 ağır yaralı
Rusiya tərəfi öz helikopterini vurub - ekipaj həlak olub
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır
Kərki Azərbaycana qaytarılır? Delimitasiya prosesində mühüm DETAL
Tramp: "İranla müharibə tezliklə başa çatacaq"
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın