"De-fakto Ermənistan artıq KTMT-ni tərk edib" - EKSPERT
"Ermənistan Qərbdən güclü təhlükəsizlik zəmanəti aldıqda KTMT-dən çıxmaq qərarına gələ bilər".
KONKRET.az xəbər verir ki, bunu Polşa Beynəlxalq Münasibətlər İnstitutunun Cənubi Qafqaz məsələləri üzrə eksperti Voyçex Voytaşeviç deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti hələ də xarici siyasətin necə qurulacağına qərar verməyib.
"İrəvan rəhbərliyindən əldə etdiyim məlumata görə, Moskva ilə münasibətlərə yenidən baxılması onların deyil, Rusiyanın qərarıdır. İndi onlar ABŞ və Avropa ölkələrinə yönəlib. MDB və KTMT-dən çıxmaq niyyətlərini birbaşa bəyan etməsələr də, bu təşkilatların iclaslarında iştirak etmirlər", – deyə ekspert qeyd edib.
Voyçex Voytaşeviçin sözlərinə görə, de-fakto Ermənistan artıq KTMT-ni tərk edib.
"Ermənistanda bir çox analitiklər vurğulayırlar ki, de-fakto ölkə artıq KTMT-ni tərk edib. Onlar üçün reallıq rəsmi statusdan daha vacibdir. Mənə elə gəlir ki, Ermənistan hökuməti Qərbdən güclü təhlükəsizlik zəmanəti aldıqda KTMT-dən çıxmaq barədə qərar verəcək. Qərb isə belə zəmanətləri yalnız Rusiya Ukraynada məğlub olanda verə bilər. O vaxta qədər həm Qərb, həm də Ermənistan çox ehtiyatlı davranacaq. Çox güman ki, 2024-cü ildə Rusiya ilə münasibətlər bu ildəki kimi olacaq", – deyə ekspert əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi