Dədə Süleyman evini Nanəyə vəsiyyət etdi
Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.
azxeber.com xəbər verir ki, sənətkarın qızı Yenicag.az-a açıqlamasında bunları deyib:
"Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiniz. Vəsiyyət elədir ki, onu mütləq yerinə yetirməliyik.
Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm.
İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz.
Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı".
Qeyd edək ki, N.Ağamalıyeva aparıcısı olduğu "Şou ATV" və "Nanəli" verilişlərində Dədə Süleymana buraxılışlar həsr edib.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA