Dekabr ayı ərzində Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ

Dekabr ayı ərzində Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏDekabr ayı ərzində Ukraynaya səfər etməyə hazırlaşanların NƏZƏRİNƏ
Dekabr ayı ərzində "SkyUp" və "Ukrayna Beynəlxalq Hava Yolları" (UBHY) aviaşirkətləri tərəfindən Bakı-Kiyev marşrutu üzrə dörd aviareysin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyi məlumat yayıb. 
Xüsusilə də, "SkyUp" aviaşirkətinin Bakı-Kiyev bortu 28 dekabr tarixində saat 22:55-də (Bakı vaxtı ilə) yola çıxacaq. Təyyarə Kiyevə növbəti gün saat 00:40-də (Kiyev vaxtı ilə) çatır.
Biletləri bu link üzrə əldə etmək olar: .
"Ukrayna Beynəlxalq Hava Yolları" Aviaşirkətinin Bakı-Kiyev bortu 14 dekabr, 21 dekabr və 28 dekabr tarixlərinə planlaşdırılır. Bakıdan uçuş saat 06:10-da (Bakı vaxtı ilə) baş tutacaq. Təyyarə Kiyevə həmin günü saat 08:00-da (Kiyev vaxtı ilə) çatır.
Biletləri bu link üzrə əldə etmək olar: .
Diqqətə çatdırırıq ki, UBHY aviaşirkətinin çarter reyslərindən yararlanmaq üçün qeydiyyat zamanı son 48 saat ərzində verilmiş koronavirus üzrə neqativ test cavabını təqdim etmək lazımdır.
"SkyUp" və UBHY aviaşirkətlərinin reyslərindən Ukrayna vətəndaşları və COVİD-19 müalicəsi, observasiya ilə bağlı sığorta xərclərini qarşılayacaq polis (şəhadətnamə, sertifikat) əldə etmiş əcnəbilər yararlana bilər. Bu tələb yalnız Ukraynada daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın və əlavə müdafiəyə ehtiyacı olan şəxs kimi tanınmış şəxslərə şamil olunmur.
Eyni zamanda bildiririk ki, Ukrayna Nazirlər Kabinetinin 20.05.2020-ci il tarixli, №392 "SARS-CoV-2 koronavirusunun yaratdığı COVID-19 kəskin respirator xəstəliyinin Ukrayna ərazisində yayılmasının qarşısının alınması məqsədilə karantinin təyin edilməsi haqqında" qətnaməsinə dəyişikliklərinə edilməsinə dair Ukrayna Nazirlər Kabinetinin 25.06.2020-ci il tarixli, № 522 qətnaməsinə müvafiq olaraq, Ukraynada qeydiyyatda olan sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 müalicəsi və observasiyası ilə bağlı xərcləri ödəyən və Ukraynada qalma müddətində etibarlı olan polis (şəhadətnamə, sertifikat) olmadan əcnəbilər və vətəndaşı olmayan şəxslər (Ukraynada daimi yaşamağa icazəsi olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, qaçqın statusunda tanınmış və əlavə müdafiəyə ehtiyacı olan şəxslərdən başqa) dövlət sərhədini keçə bilməz. 
Həmçinin, bildiririk ki, Ukraynada yaşamağa icazəsi olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və Ukrayna vətəndaşları arasında ailə üzvü olmayan şəxslər aşağıdakı hesablamanı diqqətə alaraq, maddi vəziyyətinin təsdiqini təqdim etməlidir: 1 sutka - 1 412 qrn + 7060 qrn; 5 sutka - 7060 qrn +7060 qrn; 10 sutka 14 120 qrn + 7060 qrn; 15 sutka - 21 180 qrn + 7060 qrn; 30 sutka 42 360 qrn + 7060 qrn.
Maliyyə təminatının mövcudluğu aşağıdakı yollarla müəyyən edilir:
- Əcnəbilərdə və vətəndaşlığı olmayan şəxslərdə Ukraynanın milli valyutasında və ya Ukraynaya giriş günü Milli bankın məzənnəsinə əsasən konvertasiya edilmiş xarici valyutada vəsaitlərin olub-olmamasının əyani yoxlanışı;
- Vəsaitlərin olduğu qeyd olunan və əsasında Ukraynanın bank müəssisəslərində vəsait əldə etmək mümkün olan sənədin yoxlanılması;
- Beynəlxalq ödəmə sistemlərinin ödəmə kartının vizual yoxlaması və ərizəçinin şəxsi bank hesabından mövcud vəsait məbləğini təsdiq edən çıxarışın öyrənilməsi (ATM çıxarışı);
- Ukraynada yaşayış yerinin və qidalanma bronu və ya ödənilməsini təsdiq edən sənədin öyrənilməsi;
- Turizm servisi haqqında müqavilənin (vauçer) öyrənilməsi;
- Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi Ukraynaya dəvət edən şəxsin zəmanət məktubu. Bu məktubda həmin şəxsin əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Ukrayna ərazisində qalması və onun sərhədlərindən kənara getməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi barədə öhdəliyi qeyd olunur.
- Vətəndaşı olduğu və ya daimi yaşadığı və ya üçüncü ölkəyə qayıtdığı tarixin də qeyd olunduğu gediş biletinin yoxlanılması.
Ətraflı məlumat Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında bu link üzrə yerləşdirilib: 
Hava limanı və təyyarədə fərdi müdafiə vasitələrinə - maska, tibbi əlcək, antiseptik məhlul - səfərinizi rahat və virusun şansını azaldacaq hər şeyi nəzərə almağınızı xahiş edirik. /oxu.az

Sosial     Baxılıb: 466   Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bakıda yeni 'trend' — Hətta varlılar da bu üsuldan istifadə edir

Müasir istehlak bazarında davranış modelləri sürətlə dəyişir. İnsanlar artıq yalnız yeni məhsullara üstünlük verməklə kifayətlənmirlər. Qənaət və səmərəlilik amilləri alış qərarlarında daha çox rol oynayır. Rəqəmsal imkanları

Məktəbdə halı qəfil pisləşən 14 yaşlı İlqara qan xərçəngi diaqnozu qoyuldu

Məktəbdə halı qəfil pisləşən 14 yaşlı İlqar Gərayzadəyə ağır diaqnoz qoyulub. xəbər verir ki, aparılan tibbi müayinələrdən sonra həkimlər ona qan xərçəngi (leykemiya) diaqnozu qoyublar. Vəziyyətinin ağırlaşması nəticəsind

Kartdan-karta' ödəniş edənlərə vacib xəbərdarlıq

Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəz

Bu sürücülərin 'prava'sı əlindən alınacaq

Azərbaycan Respublikasında yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün əlavə hüquqi nəticələr yarada bilər. Xüsusilə, uzun müddət ödənilməyən inzibat

May ayı ən çox onlar üçün uğurlu olacaq - Bürclər belə deyir

Yalnız onlar həyatlarına maliyyə uğuru və xoşbəxtliyi cəlb edə biləcəklər. 2026-cı ilin may ayı bütün Çin bürcləri üçün aktiv və hadisəli bir ay olacağını vəd edir, lakin bir neçəsi xüsusilə şanslı olacaq. . Onların maliyy

Neft ucuzlaşmaqda davam edir

Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir. xəbər verir ki, "Brent" markalı neftin bir barreli 101,72 dollara, yüngül neftin bir barreli isə 95,54 dollara təklif edilir

Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir?

Həddindən artıq tərləmə bir çox hallarda orqanizmin normal reaksiyası sayılsa da, bəzi hallarda ciddi xəstəliklərin ilkin əlaməti kimi qiymətləndirilir. Mütəxəssislər bildirir ki, səbəbi bilinməyən və davamlı tərləmə hallar

Bu tarixdə dəhşətli istilər olacaq - Xəbərdarlıq edildi

Yaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır. Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini dah

Müsabiqə başlayır: Azərbaycan məktəbliləri kosmosa poçt kartı göndərəcəklər

Azərbaycan Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın, ABŞ-nin "Blue Origin" şirkətinin, "Club for the Future" təşkilatının, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Məktəbəqədə


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan xeberler bugun 2026 en son xəbərlər bugün xeber.az