"Delta plyus" ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Yeni mutant kimi qələmə verilən AY.4.2 ştammı əslində yeni deyil.
Azxeber.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib.
Direktor müavini deyib ki, bu virus iyulda identifikasiya olunub: "Buna "Delta plyus" ştamı deyilir. "Delta plyus" ştammının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən dayanıqlılıq göstərir".
A.Qurbanov deyib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub: "Delta plyus" ştamları "Covid-19" virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da mutasiyalar gözləyə bilərik. "Covid-19" virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.
Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR