Dəmir yumruğ'un gücünə imzalanan bəyanat

Dəmir yumruğ'un gücünə imzalanan bəyanatDünya miqyasında söz sahibi olan Azərbaycanın iqtisadi gücü, hərbi qüdrəti, xalq-iqtidar birliyi dövlətimizin böyük gücə malik olduğunun təzahürüdür. 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünün göstəricisidir ki, xalqımız Zəfər tarixini yaşadı. Qorxaq, vəhşi erməniyə Azərbaycan oğulları döyüş məharətlərini, peşəkarlıqlarını göstərdilər. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da onu kapitulyasiya aktını imzalamasına məcbur etmiş oldu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Dəmir yumruğun gücünə imzalanan Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər işğaldan azad olundu. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, "Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur. Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır".
Ümumiyyətlə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları Bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycanın güclü ordusu, yenilməz ordusu bu tarixi bizlərə yaşatdı. Cənab Prezidentin bildirdiyi kimi, "Noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı zəfər tariximizə Qələbəmizi həkk etdi və bu hər birimizdə böyük qürur, fəxarət hissi yaratdı. Bu tarixi qələbəmiz bütün dünyaya yayıldı və Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan qovaraq, məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi.
Bəyanatın imzalanmasından iki il ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasından boyun qaçırır. "Biz müharibə istəmirik. Biz ədalətli sülh istəyirik. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər". Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında sülh müqaviləsi ilə bağlı mövqeyini şərh edərkən bildirib.
Qeyd edək ki, Ermənistan beynəlxalq hüquq normalarını yenidən pozaraq, cari ilin sentyabrında genişmiqyaslı təxribat törətdilər. Bu təxribatı törətməklə Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq və regionda hərbi gərginliyi artırmaq məqsədini reallaşdırmağa çalışıb. Ermənistanın hazırkı siyasi elitası 2020-ci il 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirməməkdə, sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmaqda israrlı olduğunu göstərir.
10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu.
Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. Dövlət başçısı bildirib ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Aparılan abadlıq-quruculuq işləri ərazilərimizin tezliklə müasir bir əraziyə çevriləcəyini göstərir.
Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Mehdi MEHDİYEV, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri  / azxeber.com

Siyasi     Baxılıb: 187   Tarix: 10 noyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Makron təcili Ermənistana gedəcək - Nə baş verir?

Fransa prezidenti Emmanuel Makron mayın 4-də iki günlük səfərlə Ermənistana gedəcək. xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Cjorkayef məlumat verib. Səfər çərçivəsində Makronun Ermənistanı

Bakıda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliy

Naxçıvanda su ehtiyatları ilə bağlı Tədbirlər Planı təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Ukraynada müharibə daha 3 il davam edəcək - Zelenski plan hazırladı

Ukrayna Prezidenti Volodimir Zelenski öz müşavirlərinə müharibənin daha üç il davam etməsi ehtimalı ilə bağlı plan hazırlanmasını tapşırıb. xəbər verir ki, bu barədə The Wall Street Journal qəzetinin jurnalisti Boyan Pançevsk

Azərbaycanda büdcə təşkilatları yaradıldı - Fərman

Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir. xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, aşağıdakı büdcə təşkilatları yaradılıb:. - Ekologiya və Təbii Sərvətlə

Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. -ın məlumatına görə, ABŞ-ın hərbi qüvvələrinin bölgəyə sürətlə cəmləşdirilməsi, Vaşinqtonun Tehrana verdiyi vaxt limiti və İran rəsmilərinin sərt bəyanatları mümkün hərbi toqquşma ehtimalın

Gürcüstan qapıları bağlayır: Azərbaycanlılara qarşı sərt məhdudiyyətlər işə düşür — AÇIQLAMA

Gürcüstanda miqrantlara qarşı yeni peşə qadağalarının tətbiqi ilə bağlı qərarlar gündəmə gəlib. Məlumata görə, bu məhdudiyyətlər ölkədə yaşayan xarici vətəndaşların müəyyən sahələrdə fəaliyyətinə təsir göstərir. Qərarın əhat

Xaricdə yaşayan təxribatçılar, söyüş blogerləri Azərbaycana gətirilir? - AÇIQLAMA

"Azərbaycanın inkişafını gözü götürməyən təxribatçılar gec-tez ölkəmizə gətirilərək  və Azərbaycan ədaləti qarşısında cavab verəcəklər". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. 

Rusiya Azərbaycandan nə istəyir? - Deputatdan açıqlama

"Azərbaycana qarşı aparılan çirkli kampaniya təsadüfi emosional reaksiyaların və ya fərdi təşəbbüslərin nəticəsi deyil. Hadisələrin dinamikası, eyni tezislərin müxtəlif platformalarda paralel şəkildə tirajlanması göstəri


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler futbol xeberleri sonxeber az kriminal bugun