Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?

Dəniz darağı nədir və orqanizmə hansı faydaları var?Dəniz darağı ikiayaqlı dəniz molyusklarındandır. Dəniz darağı suyun çox dərinliklərinə qədər enə bilir. Dəniz darağı arxa tərəfdən enli olan və qulağa bənzəyən çanağın içərisində yerləşir. Dəniz darağı molyuskunun ölçüləri yaşadığı yerə uyğun olaraq müxtəlif olur. Məsələn, yapon dəniz daraqları çox iri, halisiy və şotland dəniz daraqları orta ölçüdə olur. Ən dadlı və qiymətli dəniz darağı kiçik ölçüdə olan dəniz daraqlarıdır. Bu molyusklar Qərb yarımkürəsinə yaxın olan sularda yaşayırlar. Onların yaşı çox olanının dadı cavanının dadından yaxşı olur. Dəniz daraqlarının ən maraqlı xüsusiyyətlərindən biri onların çoxlu sayda gözlərinin olmasındadır. Belə ki, dəniz daraqları 100-ə yaxın xırda gözlərə malikdirlər. Onların dərilərinin rəngi isə çəhrayı-krem və ya çəhrayının boza çaları rəngdə olur. Dəniz daraqlarının bişirən zaman tavanın qapağını örtmək lazımdır. Dəniz darağı az kalorili qidalardandır və müxtəlif qida rasionlarına daxil edilir. 100 qram dəniz darağının qida dəyəri:
- Zülallar - 17,5 qr
- Yağlar - 2 qr
- Su - 70 qr
- Kalori - 88 qr.
Dəniz darağının tərkibi çox zəngin və müxtəlifdir. Onun tərkibində çoxlu miqdarda müxtəlif zülallar, minerallar, maqnium, yod, dəmir, fosfor, sink, marqanes, kolbat, omeqa yağ turşuları və vitamin kompleksləri var. Dəniz darağı azkalorili dietik qidalardandır və onun tərkibində cüzi miqdarda karbohidratlar var. Dəniz darağının tərkibi B12 vitamini, riboflavinlə zəngindir. O kalsium qaynağıdır və onda olan biokalsiumun çoxluğu orqanizm üçün zərərli deyil. Bu səbəblərinə görə dəniz darağını azyaşlı uşaqlara da vermək mümkündür. Kalsium çatışmazlığından əziyyət çəkən uşaqlara dəniz darağı yemək çox faydalıdır.
Müalicəvi və faydalı xüsusiyyətləri
Dəniz darağı əti ilə qidalanmaq qanda xolestrinin miqdarının aşağı düşməsinə, maddələr mübadiləsinin, sinir sisteminin, endokrin sistemin, ürək-damar sisteminin yaxşılaşmasına, səbəb olur. Dəniz darağı ilə qidalanmaq orqanizmin tonusunu artırır. Tərkibində olan yod və bioloji aktiv maddələrin miqdarı dəniz darağının atereskleroz xəstəliyinin əlamətlərinin azalmasına və sağalmasına səbəb olur. Dəniz darağı ilə qidalanmaq kişilərdə cinsi zəifliyin aradan qalxmasına, cinsi həvəsin artmasına və bu hissin uzun müddət qalmasına səbəb olur.
Dəniz darağı tərkibində çoxlu miqdarda minerallar olan dəniz məhsullarındandır. Tərkibində olan PP vitamini və fermentlərin qarışımı mədə və mədəaltı vəzin işini normallaşdırır.
Kulinariyada dəniz darağı
Dəniz darağı ətindən müxtəlif qidaların hazırlanması zamanı istifadə edilir. Ondan müxtəlif şorbalar, salatlar, kotletlər, qızartmalar və s. hazırlanır. Onun çox gözəl və dadlı əti var. Fransız mətbəxində dəniz darağından çoxlu müxlətif yeməklər bişirilir.
Dəniz darağını marinadlaşdırıb zeytun yağı, limonla bişirdikdə çox dadlı bir yemək hazırlamaq olur.
Kosmetologiyada dəniz darağı
Artıq çəkidən, piylənmədən və ateresklerozdan əziyyət çəkənlərə dəniz darağı ilıə qidalanmaq məsləhət görülür. Son illər dəniz darağından müxtəlif kremlərin hazırlanmasında istifadə edilir.
Dəniz darağının zərərli xüsusiyyətləri
Nadir hallarda dəniz darağı allergik reaksiyaların baş verməsinə səbəb olur. Hipertrioz xəstəliyindən əziyyət çəkənlərə çoxlu miqdarda dəniz darağı yemək məsləhət görülmür. Bu xəstəlik əlamətlərinin artmasına səbəb olur. Bunun səbəbi isə onun tərkibində yodun çox olmasıdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kim


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum son xeberler azerbaycan cəbhədən görüntülər sou biznes