Dənizdə dincələn həkim ölümlə üzləşən gənci xilas etdi - FOTO
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmiyevanın sayıqlığı nəticəsində gənc ölümdən xilas edilib
Azxeber.com xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb.
Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub.
Aygün İsmiyeva hadisə ilə bağlı deyib: "Artıq peşə vərdişidir. Hər zaman və hər yerdə hadisələrə dərhal müdaxilə etməyi özümüzə borc bilirik. Oğlum dənizdə bir nəfər adamın öldüyünü dediyi anda sahilə qaçdım. Vətəndaşın ürək dayanmasından huşsuz vəziyyətdə olduğunu gördüm və dərhal ürək masajı etməyə başladım. Çox sevinirəm ki, yardımım nəticəsində həmin adamın həyatını xilas etmək mümkün oldu. Səhiyyə Nazirliyinin həkimi olaraq vətəndaşlarımıza hər zaman xidmət etməyə hazırıq.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşımızı yenidən həyata qaytaran qəhrəman həkimimizə təşəkkürünü bildirib.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR