"Dənizkənarı Bulvar İdarəsi" QSC-yə çevriləcək

Prezident İlham Əliyev "Dənizkənarı Bulvar İdarəsi" və "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi" publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
azxeber.com xəbər verir ki, Fərmana əsasən "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxs "Dənizkənarı Bulvar" Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Müəyyən edilib ki:
- "Dənizkənarı Bulvar" Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət və onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
- Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir;
- Cəmiyyət "Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsin (bundan sonra – İdarə) hüquqi varisidir və onun hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 2.4-cü bəndi nəzərə alınmaqla) Cəmiyyətə keçir;
-İdarənin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir;
- Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
- Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti həyata keçirir;
- Cəmiyyətin nizamnamə kapitalı bu Fərmanın 2.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır;
- Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək İdarə fəaliyyətini davam etdirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin idarəetmə orqanlarının yaradılması;
- Cəmiyyətin Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
- Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
Müşahidə Şurasına:
- bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti:
aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
- bu Fərman nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
- Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən (hüquqi hərəkətləri həyata keçirən) əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi;
aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
- Cəmiyyətin nizamnaməsini;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu Fərmanın 2.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən nəzarət olunan ərazinin hüdudlarını və həmin ərazidə yerləşən obyektlərin siyahısını;
bu Fərmana uyğun olaraq, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini iki ay müddətində təmin etsin;
-Cəmiyyət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində İdarənin balansında olan əmlakın (bu Fərmanın 2.4-cü bəndi nəzərə alınmaqla) Cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, Cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.

Siyasi       Tarix: 26 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Zəngəzur dəhlizi barədə danışdı

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizi barədə danışıb. xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyin

"Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi

"İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması və sahibkar hüquqlarının müdafiəsi istiqamətində mühüm tapşırıqla

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə 'Oxunguzar' incəsənət məkanı ilə tanış olublar - FOTOLAR

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkəndd

Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…

Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətinin Sisyan şəhərində yerləşən hərbi hissələrdən birində leytenantın ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib. KONKRET. -a istinadən xəbər verir ki, erməni jurnalist Suzi Badoya

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb - FOTOLAR

Daşkənddə təşkil edilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub. Daşkən

İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondundan danışdı

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu Azərbaycanın digər ölkələrlə bu cür əməkdaşlıq formatları arasında ən səmərəli və nəticəyönümlü olanıdır.  xəbər verir ki, bunu Azərbaycan lideri İlham Əliyev Azərbaycan və Özbəkista

İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib

Azərbaycanı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiy

Rusiya ilə bağlı çağırış etdi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bu payız Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməsinə çağırıb. xəbər verir ki, o bu barədə "X" sosial media platformasınd

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, birinci xanım Ziroatxon Mirziyayeva və ailə üzvləri Buxara şəhərind


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler xeberlər axsam az xeberler bu gunun xeberleri