Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi

Deputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdiDeputat Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirdi
Milli Məclisin deputatı Rüfət Quliyev Avropa İnsan Hüquqları Məhkəməsinin 2020-ci il 26 may tarixli "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" qərarına münasibət bildirib. 
R.Quliyev Oxu.Az-a açıqlamasında deyib ki, qərarda ermənilərin əsas tələbi - Ramil Səfərovun əfv olunmasının əleyhinə olan iddia təmin edilməyib. 
"Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasına diqqət edək. Bildirilir ki, Avropa Məhkəməsi Ermənistanın əsas iddianı təmin etməyib. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən başlamasını tələb etmir. Rəsmi Bakının məlumatından görünür ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, Ramil Səfərovun zəbt olunmuş Cəbrayıl rayonundan köçkün olması və onun çoxsaylı qohumlarının ermənilər tərəfindən öldürülməsi qərarda öz əksini tapmayıb", - deyə R.Quliyev əlavə edib. 
Onun sözlərinə görə, qərarda "Çıraqovlar və digərləri Ermənistana qarşı" məsələsinə toxunulmayıb. 
Bildirək ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-cı ilin 16 iyun tarixli "Çıraqovlar və digərləri Ermənistana qarşı" qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyətindən bəhs olunur.  
Deputat qeyd edib ki, bu məsələni qaldıranlar Ermənistanı məhkəməyə vermişdilər. 
"İddiaçılar Azərbaycan vətəndaşları idilər. Amma Avropa Məhkəməsinin həmin qərarının icrası indiyə qədər həllini tapmayıb. Qeyd olunanları və digər nüansları nəzərə alaraq deyə bilərik ki, Ramil Səfərovun məsələsində Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşımır", - deyə R.Quliyev söyləyib. 
Xatırladaq ki, Avropa Məhkəməsinin "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" qərarında Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmadığı müəyyən edilib. 
Azərbaycan XİN-in açıqlamasında deyilir ki, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan hökumətini təmsil etməyib: 
"Beləliklə də, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və iztirablarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi".
Rəsmi Bakı Avropa Məhkəməsini qınayan bəyanat da səsləndirib: 
"Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və Ramil Səfərovun məhz bu işğal siyasətinin qurbanı olan məcburi köçkün olduğunu qərar ilə bağlı yaydığı məlumatında qeyd edərdi".
Aqşin Kərimov

Siyasi       Tarix: 29 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler