Deputat: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaq"

Deputat: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən ölkələrdəndir".
KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, 2020-ci ilin sonundan etibarən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropaya öz mavi qazını ixrac edir:
"Ötən il Avropaya 8 milyard kub metrdən artıq mavi qaz nəql edilib. 2022-ci ildə də Azərbaycan Avropaya 10 milyard kubmetrədək qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcəyi gözlənilir. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bu da Azərbaycan regionun, xüsusilə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verməsinə səbəb olacaq. İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından vacib hesab olunur".
V. Bayramov Avropada enerji böhranı olduğunu da xatırladıb: "Xüsusilə də Rusiya və Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbatının ödənilməsi xüsusi müzakirə mövzusudur. Təbii ki, Azərbaycan Avropa bazarında hər hansı şirkətə və ya ölkəyə rəqib deyil. Azərbaycanın məqsədi sadəcə, Avropanın enerji bazarına dayanıqlı mavi qazını çıxarmaq, bununla da mavi qaz ixracatımızı həyata keçirmək, eyni zamanda da Avropanın (Cənubi və sonrakı mərhələdə Mərkəzi-Şərqi Avropanın) enerji təhlükəsizliyinin təmin olunmasında daha yaxından iştirak etməkdir. Azərbaycan mavi qazı Avropada enerjiyə tələbatın daha çox olduğu ölkələrinə ixrac olunur. İtaliya və Cənubi Avropa ilə yanaşı, Mərkəzi və Şərqi Avropa ölkələri də Azərbaycan mavi qazından faydalanacaqlar. Bolqarıstanın artıq illik 12 milyard kub metrə yaxın Azərbaycan mavi qazını idxal etməsi praktik olaraq razılaşdırılıb. Rumıniya, Macarıstan kimi ölkələr Azərbaycan mavi qazını almaqda maraqlıdırlar. Avropa Komissiyası bütövlükdə digər Mərkəzi və Şərqi Avropa ölkələrinin də Cənub Qaz Dəhlizindən faydalanmasında maraqlıdır. Həmin ölkələrin Azərbaycandan aldıqları mavi qaz gələcəkdə mavi qaza olan tələbinin yarıdan çoxunu formalaşdırmış olacaq. Ona görə də bu, əslində praktik olaraq Azərbaycan mavi qazını alan ölkələrin enerji təhlükəsizliyinə xüsusi bir töhfə olacaq. Avropada enerji böhranının davam etdiyini nəzərə alsaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu 2022-ci il də daxil olmaqla, növbəti illərdə daha da artacaq. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqının yüksək səviyyədə təmsil olunması, tədbirdə iştirak edən ölkələr, beynəlxalq qurumlar, iştirakçıların əhatəsi, coğrafiyası da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola verilən qiymətin bir təzahürü idi".
Deputat vurğulayıb ki, eyni zamanda Cənub Qaz Dəhlizi Azərbaycan üçün iqtisadi layihədir:
"Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir. Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Mövcud qiymətlərlə Azərbaycanın Cənub Qaz Dəhlizindən 100 milyard dollardan çox gəlir götürəcəyi proqnozlaşdırılır".

Sosial       Tarix: 05 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən canlı sonxeber son xəbər gunun xeberleri