Deputat Çepa: Paşinyanın siyasəti erməni xalqı arasında ixtilaf və xaos toxumu səpir
Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ölkədə daxili gərginliyin kəskin artmasına və hakimiyyət dəyişikliyi ilə nəticələnəcək xalq iğtişaşlarına səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa "Parlamentskaya qazeta"ya müsahibəsində bildirib.
"Gördüyüm qədərilə Paşinyan ölkə üçün deyil, şəxsi mənfəəti üçün "iki stulda oturmağa" çalışır. Öz qəribə hərəkətləri ilə o, erməni xalqı arasında ixtilaf və xaos toxumu səpir, müxalifəti sıxışdırır və Katolikosla (kilsə ilə – red.) mübarizə aparır", — deyə Çepa qeyd edib.
Deputat Ermənistanın Avropa İttifaqına daxil olmaq niyyəti barədə bəyanatlarını "absurd" adlandırıb. O, misal olaraq Türkiyənin 40 ildir Aİ-yə qəbul edilmədiyini xatırladıb və Ermənistanın ittifaqla ortaq sərhədi belə olmadığını vurğulayıb. Çepa həmçinin Paşinyanın eyni vaxtda həm NATO, həm KTMT, həm MDB, həm də Aİ-də olmağa çalışmasının qeyri-mümkünlüyünü və bunun ölkə üçün ağır nəticələr verə biləcəyini deyib.
Çepa xüsusi olaraq Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Azərbaycanla əldə olunan razılaşmanı və onun "Tramp marşrutu" adlandırılması təklifini "müxtəlif ölkələrin liderlərinə xoş görünmək cəhdi" kimi qiymətləndirib. Onun fikrincə, "küçədən hakimiyyətə gələn adam" xalqın adından danışmağa çalışsa da, əslində ölkənin ziyanına olan addımlar atır.
Rusiya-Ermənistan münasibətlərinə toxunan deputat Moskvanın Ermənistandakı hərbi bazası və bəzi tədarüklər barədə ciddi düşünməli olduğunu vurğulayıb: "Yadda saxlamaq lazımdır ki, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və buğda, yağ, dərman kimi mühüm məhsulların böyük hissəsi məhz Rusiyadan gəlir".
Sonda Aleksey Çepa qeyd edib ki, Paşinyanın kilsəyə hücumları və cəmiyyətdə yaratdığı gərginlik onun siyasi yolla deyil, məhz "qəzəbli xalqın iradəsi ilə" vəzifəsindən kənarlaşdırılmasına gətirib çıxara bilər.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK