Deputat: Dünya Bankı Azərbaycanda aparılan islahatlara yüksək qiymət verir

Deputat: Dünya Bankı Azərbaycanda aparılan islahatlara yüksək qiymət verirAzərbaycan Dünya Bankı ilə 25 ildən artıqdır ki, əməkdaşlıq çərçivəsində geniş və uzunmüddətli davamlı inkişaf layihələrinin həyata keçirilməsində tərəfdaşlıq edir. Ötən illər ərzində müxtəlif iqtisadi proqramların həyata keçirilməsi, struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə Azərbaycanın Dünya Bankı ilə səmərəli və uğurlu layihələri icra olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, iyunun 17-də Prezident İlham Əliyevlə Dünya Bankının rəhbərliyi arasında keçirilən videokonfransda səsləndirilən fikirlər bu əlaqələrin daha da inkişaf etməsini təsdiq edir.
Millət vəkili qeyd edib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub və Dünya Bankı tərəfindən mükafata layiq görülüb:
"Bank tərəfindən rəqabətliliyin artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərilib. Regionun ən iri tranzit marşrutlarından olan TANAP-a bank dəstək göstərib.
A.Hüseynov bildirib ki, Azərbaycanın apardığı siyasət, ardıcıl və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətindən yayınmır:
"Ölkəmizdə xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır. Bu baxımdan Dünya Bankını xüsusi vurğulamaq lazımdır. Bank Azərbaycanda aparılan iqtisadi islahatları dərindən izləyərək öz qiymətini verir. Bank tərəfindən hər il dünya ölkələrinin iqtisadi vəziyyəti, həyata keçirilən islahatlar qiymətləndirilir.
Dünya Bankının hazırladığı "Doing Business" reytinqində Azərbaycan hər il irəliləyişlər öz əksini tapır. Sonuncu, "Doing Business 2020" hesabatında Azərbaycan islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Bu, Dünya Bankının Azərbaycana verdiyi böyük dəyərdir".
A.Hüseynov qeyd edib ki, Dünya Bankı Azərbaycanda sosial proqramların icrasında da yaxından iştirak edir, ölkəmizdə məşğulluq startegiyasına töhfə verir: "Dünya Bankı hazırda uğurla icra edilən özünüməşğulluq proqramında da donordur, Azərbaycanın yaxın tərəfdaşıdır. Bankın özünüməşğulluq layihəsində ölkəmizə 100 milyon dollar yardım göstərəcək, bu proqramın icrası isə 15 minə yaxın adamın məşğulluğunun təmin edilməsinə səbəb olacaq".
Millət vəkili bildirib ki, videokonfrans əməkdaşlığın yeni perspektivləri və istiqamətlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu görüş Dünya Bankı ilə ölkəmiz arasında yaxın gələcəkdə iqtisadiyyatın sağlamlaşdırılması, uzunmüddətli dayanıqlı artımın təmin edilməsi və yeni çağırışlara uyğun proqramların gerçəkləşməsində mühüm rol oynayacaq.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 18 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər