Deputat: "Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq

Deputat: "Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaqDeputat: "Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq"
Hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. 
Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir. Bir sıra Avropa ölkələrində karantin rejimi yenidən sərtləşdirilib.
Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemioloji durum pisləşir.
Ölkəmizdə bu xəstəlikdən ölənlərin sayı 699 nəfər, ümumi yoluxanların sayı 52137 nəfər, ümumi sağalanların sayı 42033 nəfər təşkil edir.
Ölkədə son sutka ərzində 11426, hazırkı dövrədək isə 1319474 test aparılıb. Hazırda aktiv xəstə sayı 9405 nəfərdir.
Ötən gün Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb.
Son günlər Azərbaycanda hərbi vəziyyətlə əlaqədar hər kəsin fikri müharibəyə yönəlib.
Nəticədə, ikinci ciddi təhlükəyə səbəb olan koronavirus (COVID-19) yaddan çıxıb. Vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır.
Onlar sosial məsafə saxlamır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca riayət olunmur. Buna görə də koronavirusa gündəlik yoluxmaların sayında artım qeydə alınır.
Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil.
Pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb.
Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bir ilə yaxındır ki, koronavirus bütün dünyanın probleminə çevrilib:
"Nəticədə ciddi tibbi-sosial, siyasi iqtisadi çətinliklər yaranıb. Azərbaycan COVID-19-la mübarizədə ən öndə gedən nümunəvi ölkələrdən biridir. Bu xəstəlik yayılmağa başladığı ilk gündən dövlət səviyyəsində bütün işlər görülür.
Biz yaz-yay dövründə COVID-19-la uğurlu mübarizə apardıq, yoluxanların sayını lokallaşdıra bildik. Görülən tədbirlər nəticəsində eyni vaxtda 8000-ə yaxın xəstəni müalicə etmək imkanımız var. Bu virusun qarşısının alınması üçün dövlətin gördüyü tədbirlərə əhali mütləq dəstək verməlidir".
M.Quliyev bildirib ki, koronavirusla mübarizədə vətəndaşların maarifləndirilməsinə ehtiyac var:
"Əhali istənilən bir soyuqdəymə əlaməti olanda, yaxud əzginlik, narahatlıq, boğaz ağrısı, temperaturu olanda həkimlərə müraciət etsinlər. Əgər vətəndaş lazımi məsuliyyət göstərmirsə, dövlətin tədbirlərinin o qədər də effekti olmayacaq.
Bu mübarizədə əhalidən ciddi nəsə tələb olunmur. Sadəcə - sosial məsafə saxlamaq, maska taxmaq, ehtiyac olmayanda evdən çıxmamaq və dezinfeksiya məhsullarından istifadə etmək lazımdır". 
"Koronavirusa yoluxma sayı artarsa, karantin tədbirləri ilə bağlı daha da ciddi tədbirlərin görülməsinə ehtiyac yarana bilər. Ola bilsin yenə insanlar SMS icazə ilə yaşadığı yeri tərk etsin, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa qoyulsun.
Təbii ki, bunlar Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyi qərardır. İnsanlar heç vaxt özünü müalicə ilə məşğul olmamalıdır. Bildiyiniz kimi epidemiya artan ərazilərdə gediş-gəliş bağlanıb. Eyni zamanda, yoluxmaların əksəriyyəti yas yerlərində olur. İnsanlar sosial məsafəni qorumurlar. Əgər vətəndaşımız intizamlı olarsa, bu xəstəliyə qalib gələ bilərik".
Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər. Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.
Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. 
Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.
İlhamə Əbülfət

Sosial       Tarix: 29 oktyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler azerbaycan meherremlik 2026 son xəbər gunun xeberleri