Deputat: "Gürcüstandakı seçkilərlə bağlı Qərbin bəzi dairələri ziddiyyət yaratmağa çalışırlar

Deputat: "Çox təəssüflər olsun ki, Gürcüstanda keçiriləcək seçkilərlə bağlı Qərbin bəzi dairələri ziddiyyət, qarşıdurma yaratmağa çalışır. Bu da gürcü xalqının sərbəst şəkildə və milli demokratiyalarına uyğun olaraq mühüm siyasi demokratiya hadisəsinin realizə olunmasına mənfi təsir göstərir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Gürcüstandakı seçkilər bir qədər çətin və mürəkkəb olacaq:
"Bu səbəbdən də mən düşünürəm ki, bu cür ideoloji təxribatlar qarşıdurma yaratma cəhdləri fonunda Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri bir qədər çətin və mürəkkəb olacaq. Lakin bütün hallarda hakim partiya vaxtaşırı bəyanatlar verir və hər şeyi nəzarətdə saxladığını deyir. Hesab edirəm ki, Gürcüstandakı seçkilərin tam demokratik və şəffaf keçməsi hüquqi kontekst, həm də sabitlik baxımından çox vacibdir. Elə ən son Gürcüstanın baş naziri Kobaxidze də hüquq-mühafizə orqanlarına çağırış edərək sabitliklə bağlı vacib tapşırıqlar verdi. Artıq seçkilərə çox az qalıb. Düşünürəm ki, gürcü xalqı nəhayət, bir mərhələni daha geridə qoymağı bacaracaq. Sözügedən ziddiyyətlərdən qurtulmağa qadirdir. Ümid edirəm ki, hadisələr bundan daha kəskin və dramatik forma almayacaq.
Nəticə etibarilə, hakim "Gürcü Arzusu" partiyasının tərəfdarları Gürcüstan seçicilərinin 60 faizindən çoxunu təşkil edir. Bu, çox mühüm faktordur. Ona görə də əminik ki, gürcü xalqı öz demokratik hüquqlarından istifadə edərək sabit, inkişaf edən, qonşularla yaxşı tərəfdaşlıq əlaqələrini davam etdirməyi bacaran yeni bir hakimiyyət formalaşdıracaq".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 25 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri