Deputat: İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti dövlətimizin əhaliyə verdiyi sosial dəstəyin bariz nümunəsidir

Deputat: İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti dövlətimizin əhaliyə verdiyi sosial dəstəyin bariz nümunəsidirBu gün ölkəmizdə sosial layihələr, əhalinin yaşam şəraitinin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu layihələri uğurla icra edən qurumlardan biri də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondudur.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.
Deputat bildirib ki, Fondun yaradılmasının əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması, imkanlarının və yaşayış sahələrinin əlçatanlığının artırılması, maliyyə bazarının inkişaf etdirilməsi, sahibkarların, xüsusilə kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, cəlb edilən maliyyə resurslarının dəyərinin azaldılması, bankların maliyyə risklərinin bölüşdürülməsi və onlara likvidlik dəstəyinin göstərilməsidir:
"Fondun yaradılması vətəndaşlara əlverişli kredit şərtlərindən istifadə etməklə mənzil sahibi olmaq imkanı verdi. Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olan İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ilin martından Azərbaycanda uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlalayıb. Fondun tətbiq etdiyi güzəştli kredit şərtləri MDB və digər ölkələrlə müqayisədə əhali üçün daha əlverişlidir. Bu şərtlər imkan verir ki, aztəminatlı vətəndaşlarımız güzəştli şərtlərlə mənzil sahibi olsunlar".
Deputat qeyd edib ki, Fondun vəsaiti hesabına bu günə qədər 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ümumilikdə isə verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır: "Əlbəttə ki, bu, kiçik rəqəm deyil. Fond fəaliyyətini təkmilləşdirərək əhaliyə daha keyfiyyətli və daha əlverişli xidmətlər göstərməyə nail olub. Fond qısa müddət ərzində tamamilə yeni bir məhsul, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlayıb, əhalinin istifadəsinə verib"
Tamam Cəfərova bildirib ki, verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır: "Qısa müddətdə vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsi təmin olunub, müraciətlərin emalının asanlaşdırılması və surətləndirilməsi məqsədilə sənədlərin qəbulu ASAN xidmət mərkəzlərində (ilkin mərhələdə 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN xidmət" mərkəzləri) təşkil olunub. Əhalinin satmaq öhdəliyi ilə kirayə məhsuluna marağı çox yüksəkdir. Karantin dövrünə təsadüf etməsinə baxmayaraq qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda sənəd qəbulu bərpa edilib və evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur. Təklif edərdim ki, güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri çoxuşaqlı ailələrə, gənc həkim və müəllimlərə də şamil olunması nəzərə alınsın. Bu, həmin kateqoriyadan olan gənc ailələrin sosial yaşayışı üçün əhəmiyyətli bir hadisə olar".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 11 iyun 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe