Deputat Mikayıl Cabbarovun Ermənistan rəsmisinə cavabını yüksək qiymətləndirdi

Deputat Mikayıl Cabbarovun Ermənistan rəsmisinə cavabını yüksək qiymətləndirdiDeputat Mikayıl Cabbarovun Ermənistan rəsmisinə cavabını yüksək qiymətləndirdi
Deputat Fazil Mustafa İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyana cavabını şərh edib.
Oxu.Az-ın məlumatına görə, F.Mustafa bildirib ki, Mikayıl Cabbarovun cavabını izləyib və sonra da diqqətlə oxuyub.
Deputat qeyd edib ki, M.Cabbarov erməni rəsmisinin sərgilədiyi həyasız davranışlara mahiyyəti üzrə cavab verib.
"İki istiqamət erməniləri pərt etmək üçün daha məqbuldur. Birincisi, ciddi iqtisadi layihələrdən kənarda qalmanın günahkarının özləri olduğunu vurğulamaq, ikincisi isə faşizmi Njdenin obrazında təşviq etmək istəyən cəmiyyət olduqlarına görə ittiham etmək. Hər ikisi də əks cavab verməyə imkan tanımayan ittihamlardır", - deyə F.Mustafa əlavə edib.
Deputatın fikrincə, digər tərəfdən, Yerevanla bağlı eyham da yerinə düşdü:
"Mikayıl Cabbarov bir dövlət rəsmisinin ekstremal situasiyada necə tutarlı cavab verməsinin lazım gəldiyini ortaya qoydu. Əlbəttə, hamımıza aydındır ki, biz torpaqlarımızı bu cür söz atışmaları ilə geri qaytarmayacağıq, əvvəl-axır mütləq savaş meydanında işğalçının dərsini verməliyik. Lakin o böyük savaşa qədər, bu cür söz atışmalarına hazırlığımız yetərli səviyyədə olmalıdır ki, beynəlxalq auditoriyada psixoloji üstünlüyümüzü itirməyək".
Qeyd edək ki, Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda təxribata əl atıb. O, tədbirin proqramına etiraz edib, siyasi məsələlərə yol verilməməsini istəyib.
"Biz bu məsələlərdə hər hansı siyasiləşmədən uzağıq. Biz nəyə görə Fəxri Xiyabana getməliyik? Nəyə görə bu proqrama daxil olunub? 13-cü görüş Yerevanda keçiriləndə orada hər hansı tematik siyasi mənalı tədbirlər nəzərdə tutulmurdu", - deyə Ermənistan rəsmisi bildirib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə cavab olaraq deyib:
"Hər halda bu tərz daha anlaşılandır. Mən reaksiyanı başa düşürəm. Hesab edirəm ki, bu reaksiyanı iki hissəyə bölmək olar. Birinci TRACECA haqqında səsləndirilən fikrilərlə bağlı. Mən çıxış edən həmkarlarıma təşəkkür edirəm.
Mənə elə gəlir ki, onlar kifayət qədər əminliklə, sadə şəkildə rəqəmlərlə TRACECA-nın bizə nə verdiyinə aydınlıq gətirdilər. Tədbirin təşkilatçısı, konfransa və mədəni proqrama cavabdeh ölkə olaraq mən öz tərəfimdən bu mövzu üzərində dayanmağı borc bilirəm.
Mən oradan başlamaq istəyirəm ki, qonşularımızın reaksiyasını çox yaxşı başa düşürəm. Hər halda onlar İrəvandan Baklıya gəliblər və Bakını öz gözləri ilə görürlər. Anlayıram ki, onların gördüklərini qəbul etməsi elə də asan deyil.
İkincisi, biz konstruktiv yanaşmaya üstünlük veririk. Ancaq bilirik ki, destruktivlik daha asandır, daha dağıdıcıdır və bu dağıdıcılıq siyasətinin nəticəsi, ilk növbədə, qonşu ölkədə müşahidə olunur. Hansı ki, böyük həcmdə layihələrdən təcrid olunub və özü-özünü nəqliyyat dalanına, iqtisadi dalana salıb və oradan çıxmaq da istəmir.
O ki qaldı proqrama, məzmunu anlamayanlar üçün bir daha bildirim ki, 20 il əvvəl bu gün yubileyini qeyd etdiyimiz bu layihənin reallaşmasına imkan verən o addım atılmasaydı, o strateji baxış olmadan bu gün haqqında danışdığımız uğurlar mümkün olmazdı.
Məhz böyük Heydər Əliyev beynəlxalq liderləri, dövlət başçılarını dəvət etmiş, arxasınca aparmışdı. Təbii ki, Azərbaycan tərəfi yubiley tədbirinin mədəni proqramını tərtib edərkən hər sivil cəmiyyətdə olduğu kimi, regionun inkişafına töhfələr vermiş insanların xatirəsinə münasibət aspektindən yanaşıb.
Bütünlükdə xatirəyə ehtiram məsələsinə gəldikdə, düşünürəm ki, bir daha paytaxtınızın mərkəzinə diqqət yetirin. Sizdə qoyulmuş o heykələ baxın. Yadınıza salın ki, gələn il faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq və bir daha düşünün ki, doğru insanın heykəlini qoymusunuzmu?"
Nazir Ermənistan nümayəndə heyəti üçün fərdi mədəni proqram tərtib olunduğunu da deyib:
"Sizi isə mən şəxsən dəvət edirəm ki, Heydər Əliyev Mərkəzini ziyarət edəsiniz. Orada sizin doğulduğunuz şəhərin tarixinə həsr olunmuş sərgi keçirilir. O sərgi bizə gürcü həmkarlarımız tərəfindən, Gürcüstan Muzeyindən təqdim olunub, harada ki, daimi əsaslarla nümayiş etdirilir. İnanın ki, İrəvan xanlığı, İrəvan şəhərinin əsasının qoyulması haqqında tarixdə oxuya bilməyəcəyin çox yeni şey öyrənəcəksiniz. Təbii ki, əgər bu sizə maraqlıdırsa... O ki qaldı TRACECA karvanına, bütün əks cəhdlərə baxmayaraq, o irəli gedəcək".
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu