Deputat: "Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir"
Deputat: "Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir"
Beynəlxalq qanunlara əsasən, Ermənistan işğal altında saxladığı müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritələrini təqdim etməlidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib. C.Osmanov bildirib ki, bu məsələ beynəlxalq hüquq və normalarda öz əksini tapıb: "Amma çox təəssüf ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan artıq 5 ay keçir, amma bu günə qədər Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməyib.
Əlbəttə, Ermənistan həm müharibəyə qədər, həm müharibə boyunca da hərbi cinayət törətdi. Baxmayaraq ki, 10 noyabrda ermənilər kapitulyasiya aktına imza atdırlar, bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməklə yenə də hərbi cinayətlərin törədilməsini davam etdirirlər. Və çox təəssüf ki, bu məsələdə dünya hələ də susur, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmirlər. Amma bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar, xüsusən hüquq müdafiəsi sahəsində ixtisaslaşan təşkilatlar Ermənistan tərəfinə ciddi təzyiq göstərməlidirlər. Əgər ciddi təzyiqlərdən nəticə çıxarmasa, Ermənistana sanksiyalar tətbiq edilməlidir.
Çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bu gün də biz o ikili standartları Ermənistana təzyiq göstərməməkdə görürük. Ermənistanın xəritələri təqdim etməməsi bir hərbi cinayətdir və bu hərbi cinayəti törədənlər gec-tez beynlxalq hüquq müstəvisində cavab verməli olacaqlar, beynəlxalq təşkilatların da məhz əsas işi ondan ibartdir ki, belə hallarda belə ölkələrə ciddi təzyiq göstərsinlər". /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi