Deputat: "Minsk qrupu Azərbaycanın yaratdığı reallığı aydın dərk etməlidir

 Deputat: "Minsk qrupu Azərbaycanın yaratdığı reallığı aydın dərk etməlidirDeputat: "Minsk qrupu Azərbaycanın yaratdığı reallığı aydın dərk etməlidir"
ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüş zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə məsul olan bu missiyanın fəaliyyətini, daha doğrusu 30 il ərzindəki fəaliyyətsizliyini bir daha açıq şəkildə ifadə etdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, cənab Prezident Azərbaycan xalqının da bu qurum haqqında düşündüklərini onlara kameralar önündə deməklə xalqla Ali Baş Komandan arasında birliyi, məsələyə yanaşmada vahid mövqeyini bir daha göstərdi:
"Ötən 30 ildə ATƏT-in Minsk qrupu məsələnin həlli istiqamətində hansı işi gördü? Sadəcə olaraq heç nə! Onların həllinə məsul olduqları işi Azərbaycan öz hərbi-siyasi gücünə həll etdi. Cəmi 44 günə. Bəs bundan sonra ATƏT-in Minsk qrupu hansı işləri görəcək və ya nə etməyi planlaşlaşdırır? Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri əvvəlcə öz neytrallıqlarını qorumalıdırlar.
Əfsuslar olsun ki, biz İkinci Qarabağ müharibəsi zamanı Fransanın timsalında qərəz, təktərəfli münasibət və açıq-aşkar anti-Azərbaycan mövqe gördük. Yəqin ki, bundan sonrakı mərhələdə Fransa bu mövqeyini tamamilə dəyişəcək və ya proseslərdən kənar durmalı olacaq.
Azərbaycanın status-kvonu dəyişməsi və Qarabağ münaqişəsini həll etməsilə bölgədə tamamilə yeni reallıqlar yarandı. Minsk qrupu ölkələri bu reallıqları aydın dərk etməli və bundan sonrakı dövrdə fəaliyyətlərini buna uyğun təşkil etməlidirlər. Əslində Azərbaycan məsələnin onlar üçün çətin olan mərhələsini həll edib".
Deputatın sözlərinə görə, Minsk qrupu xalqlar arasında münasibətin normallaşması, əlaqələrin bərpa olması, kommunikasiya xətlərinin qurulması və.s bu kimi texniki məsələlərin həlli üzrə müəyyən işlər görə bilər:
"Təbii ki, ötən dövrdəki təcrübə bizdə Minsk qrupunun fəaliyyəti haqqında kifayət qədər aydın fikir formalaşdırıb. Bundan sonrakı dövrdə isə onlar daha praqmatik olmalıdırlar. Bundan əlavə Minsk qrupunun həmsədr ölkələri ilə yanaşı üzv olan digər dövlətlər də yeni mərhələdə yaxından iştirak etməlidirlər. Bizim üçün xüsusi əhəmiyyət kəsb edən məqam isə Türkiyənin bu prosesdə aktiv rol almasıdır.
Türkiyə və Rusiya işbirliyi Qarabağ münaqişəsinin həllində vacib rol oynadı. Bundan sonrakı mərhələdə məhz Minsk qrupu çərçivəsində Türkiyənin proseslərə yaxından və aktiv qoşulması yalnız və yalnız bu regionun xeyrinə olacaq, region üçün yeni imkanlar yaradacaq". /oxu.az

Siyasi       Tarix: 14 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat cebheden xeberler hava durumu krimnal bugun