Deputat: "Peyvəndlə bağlı lazımsız şayiələrə inanmayın, I doza işə yaramasa, II və III doza var" - VİDEO
"Bəzi insanlar peyvənd olunduğu halda yoluxmanı əsas gətirərək lazımsız şayiələr yayır".
Bunu "ARB 24"ün "Gündəm" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib.
O bildirib ki, tətbiq edilən peyvəndlərin özünün effektivlik dərəcəsi var:
"Əgər peyvəndin effektivliyi 80-90 faizdirsə, deməli, 100 peyvənd olunan insandan 10-20 nəfərində peyvənddən sonra immunitet əmələ gəlməyə bilər. Ona görə də bunun ikinci, üçüncü dozası var.
Çox sevinirəm ki, bu gün həm dövlət qurumları, həm həkimlər, həm də ictimai xadimlərimiz maksimum dərəcədə insanların maarifləndirilməsi üçün işlər görür. Peyvənd proqramının uğurlu həyata keçirilməsi üçün dövlətimiz müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir. Toy və şənliklərdə, müxtəlif müəssisələrdə insanların mütləq qaydada peyvənd olunması kimi tədbirləri alqışlayıram. Bu, heç də məcburiyyət deyil, insanların peyvəndə cəlb olunması üçün artıq təcrübədə olan addımlardır. Ümumilikdə isə insanlarla çatdırmalıyıq ki, ətrafımızdakı şəxslər peyvənd olunduğu halda xəstəliyə ya yoluxmur, ya da yoluxduğu halda yüngül keçirirlər. Ona görə də mən düşünürəm ki, bu stimullaşdırıcı tədbirlərin sayını artırmalıyıq.
Əvvəllərdə də olurdu ki, uşaqlar məktəbə gedərkən peyvəndlə bağlı arayışlar tələb edirdilər. Bunun məqsədi uşaqların sağlamlığı idi. Bu gün də məqsəd uşaqların, gələcək nəsillərin sağlamlığı üçün insanları müəyyən stimullaşdırıcı tədbirlər vasitəsi ilə vaksinasiya prosesinə cəlb etməkdir".

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR