Deputat Prezidentin Zirvə görüşündəki çıxışını şərh etdi
Deputat Prezidentin Zirvə görüşündəki çıxışını şərh etdi
"Türk Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyasına qarşı beynəlxalq təşkilatlar arasında dövlət başçıları səviyyəsində keçirilən ilk belə toplantıdır. Bu, çox mühüm hadisədir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşünü şərh edərkən deyib.
O bildirib ki, Zirvə görüşünün keçirilməsində əsas məqsəd milli səviyyədə görülmüş tədbirlər planı barədə təcrübə mübadiləsinin aparılmasıdır:
"İkinci məqsəd odur ki, lazım olan anda üzv dövlətlər bir-birinə hərtərəfli dəstək göstərsin. Üçüncüsü isə budur ki, xalqlarımız arasında həmrəylik daha da möhkəmlənsin".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin nitqində koronavirusa qarşı milli səviyyədə atılan addımlar göstərildi.
"Prezident vurğuladı ki, Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün sistemli, ardıcıl, qabaqlayıcı addımlar atıb. Azərbaycanın atdığı addımların məqsədi odur ki, koronavirusa qarşı mübarizədə səmərəlilik əmsalı artsın, əhalinin sağlamlığı qorunsun və dövlətin təhlükəsizliyi təmin edilsin.
Cənab Prezident koronvirusun zərərinin minimuma endirilməsi üçün Azərbaycanda iqtisadi-sosial sferada, səhiyyə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirildiyi barədə də ətraflı çıxış etdi".
Deputatın fikrincə, pandemiya dövründə Azərbaycan transit-logistika mərkəzi kimi üzərinə düşən məsuliyyəti dərk edərək, Türk Şurasına üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin həyata keçirilməsi üçün mühüm addımlar atıb.
"Cənab Prezident nitqində dedi ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə, 40 min ton çoxdur", - deyə E.Nəsirov əlavə edib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti Zirvə görüşünü təşkil etməklə həlledici addım atdı.
Aqşin Kərimov

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var