Deputat: "Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacibdir

Deputat: "Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacibdirDeputat: "Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacibdir"
"Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son 17 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır". 
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, ekoloji təhlükəsizliyin təmin edilməsi və ekoloji strategiyanın koordinasiyası milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib:
"Son 30 ildə dünyada ekoloji tarazlığın qorunması, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla hərtərəfli fəaliyyəti istiqamətində ciddi nailiyyət əldə olunub. Lakin, Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın ekoloji terroru nəticəsində işğal olunan Azərbaycan ərazilərində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına da ciddi ziyan vurulub, qiymətli sərvətlər dağıdılaraq Ermənistana daşınıb, min hektarlarla meşə sahələri qəsdən yandırılaraq məhv edilib. 
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib və o torpaqlar yenidən həyata qaytarılmalıdır". Ölkəmizin ən gözəl regionlarından sayılan Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib və əhəmiyyətlidir. 
İstər ekoloji təhlükəsizliyin, istərsə də ekoloji siyasətin ölkənin iqtisadi, sosial və insan resurslarının dayanıqlı inkişafına olan təsirini nəzərə alaraq, inkişaf strategiyaları təbiət və vətəndaşlar arasında olan əlaqəni gücləndirməlidir". 
M.Əfəndiyev bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə ekoloji siyasətə nəfəs verən "Hərəyə bir ağac əkək" şüarı qısa müddətdə bütün Azərbaycan ərazisində yüz minlərlə ağacın əkilməsi, əhalinin bu təşəbbüsdə həvəslə iştirakı ekoloji vəziyyətin yaxşılaşdırılmasına şərait yaradıb: 
"Bildiyiniz kimi, "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy"in uğurlu icrası üçün sadəcə 10 il qalıb. Qlobal gündəliyin arzu olunan məqsəd və hədəflərə nail olması üçün bu il BMT tərəfindən "Eko-sistemin bərpası üzrə onillik" elan olunub. Eko-sistemin bərpası və qorunması həm insan hüquqlarının təmin olunmasının, həm də yaxşı idarəçiliyin əsas parametrlərindəndir. Qısa müddət ərzində isə bu hədəfə nail olmaq və Qarabağ bölgəsinin zəngin, füsunkar təbiətinin yenidən bərpası yalnız ənənəvi olmayan innovativ metodların istifadəsi və cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə mükəmməl idarəetmənin tətbiqi nəticəsində mümkündür. 
Qarabağın dirçəlişinə dair hökumətin müxtəlif istiqamətli konsepsiyalarının hazırlanması zamanı ekoloji stabilliyin təmin olunması ilə yanaşı, "Yaşıl iqtisadiyyat və insan kapitalı" ilə vəhdətin təşkili diqqət mərkəzində olmalıdır. Belə ki, vətəndaş, iqtisadiyyat və təbiət amilləri qərarvermə mərhələsinin əsas dayaq nöqtələri olmalıdır. 
Eyni zamanda dövlət və özəl sektorun birgə əməkdaşlığı ilə yanaşı, gənc sosial yönümlü sahibkarların da rolu nəzərə alınmalı və kiçik bir investisiya payının sosial sahibkarlığa istiqamətləndirilməsi yerli sosial inkişafın daha da güclənməsinə təkan verə bilər.
Sosial sahibkarlıq elm, təhsil, səhiyyə, gender bərabərliyi, enerji, keyfiyyətli ərzağa çıxışın təmin olunmasını, iqlim dəyişməsi, içməli suya olan tələbatın ödənilməsi kimi sosial məsələlərin həllinə innovativ, praktiki və biznes düşüncəsi ilə dayanıqlı həll yolları təqdim edir. Sosial sahibkarlığın inkişaf strategiyalarının icrasında rolunun gücləndirilməsi iqtisadi gücü artırır və investisiyanı uzunmüddətli təsir gücünə malik layihələrə çevirir".
Sonda M.Əfəndiyev qeyd edib ki, iqlim dəyişikliyi kontekstində Azərbaycanın da qoşulduğu "Paris İqlim Sazişi"ndə nəzərdə tutulan yeni çağırışlara əsasən füsunkar təbiətə malik Qarabağ ərazilərində də beynəlxalq təşkilatlarla əməkdaşlıq əsas və vacib istiqamətlərdən ola bilər. 

Siyasi       Tarix: 01 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler ən son xeberler cəbhədən son məlumatlar krimnal bugun