Deputat: "Qərb hər zaman Türkiyəyə münasibətdə qeyri-səmimiliyi ilə seçilib

Deputat: "Qərb hər zaman Türkiyəyə münasibətdə qeyri-səmimiliyi ilə seçilibDeputat: "Qərb hər zaman Türkiyəyə münasibətdə qeyri-səmimiliyi ilə seçilib"
Qərbin qardaş ölkə Türkiyəyə qarşı formalaşan münasibətinin arxasında siyasi məqamlar dayanır. Çünki son illərdə Türkiyə tam milli maraqlarına uyğun, sərbəst xarici siyasət yetirməkdədir. Regionda öz nüfuzunu intensiv olaraq artırmaqdadır. Bütövlükdə beynəlxalq proseslərə də öz münasibətini bildirir.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Türkiyənin son illərdə mövqeyi və sərbəst siyasət yeritməsi qərb dairələrində kimlərisə narahat edib:
"Düşünürəm ki, Türkiyədə parlamentli respublikadan prezidentli respublikaya keçiddən sonra ABŞ-ın və Avropa dövlətlərinin qardaş ölkəyə qarşı əsassız, sərt mövqeyi formalaşdı. Bunun da səbəbləri Qərb siyasi dairələrinin Türkiyənin xarici siyasətini parlamentli repsublika dövründə bu və ya digər formada yönləndirmə imkanlarına malik olduqlarını düşünmələridir. Parlamentli respublikada müxtəlif qüvvələr mövcud olduğu üçün, hardasa belə bir vəziyyətdə ümumi siyasətə müdaxilə etmək imkanı olub. Bu baxımdan Türkiyənin prezidentli respublikaya keçidi qərbdə birmənalı qarşılanmamaqla yanaşı, ciddi tənqidlərə də şərait yaratdı. 
Amma Türkiyə bu keçidi uğurla başa vurdu. Müasir beynəlxalq münasibətlər sisteminin ən təsirli aktyorlarından birinə çevrilən Türkiyə müstəqil şəkildə effektiv əməkdaşlıq platformaları formalaşdırmağa, dünya siyasətinə təsir etməyə başladı. Türkiyə kimi potensiallı dövlət, təbii ki, Qərbi narahat edir. Ümumiyyətlə, Qərb hər zaman Türkiyəyə münasibətdə qeyri-səmimiliyi ilə seçilib. Avropa İttifaqına Türkiyənin üzvlük məsələsində hər zaman sərgilədiyi qeyri-obyektiv mövqe də buna əyani sübutdur. 
Daha bir məqam 2011-ci ildə "Ərəb Baharı" deyilən proses başlayanda da Qərb çox aktiv şəkildə Türkiyənin imkanlarından istifadə edərək, regiondakı prosesləri öz marağına uyğun yönləndirməyə cəhd göstərirdi. Həmin dövrdə də Avropa İttifaqı rəsmiləri Türkiyə ilə intensiv iş aparmağa başladılar. Heç bir nəticə olmadı və biz şahid olduq ki, Avropa İttifaqı qardaş Türkiyə ilə münasibətlərini heç də səmimi qurmur".
Deputat onu da əlavə edib ki, Türkiyə bütün bunların fonunda haqlı olaraq özünə daha uyğun tərəfdaşlar tapmalı idi:
"Ümumiyyətlə, Rusiya ilə Türkiyə arasındakı münasibət ilk növbətə hər iki dövlətin maraqlarına cavab verir. Rusiya prezidenti də bir müddət əvvəl çıxışında Türkiyə ilə aralarında fikir ayrılığının ola biləcəyini diqqətə çatdırmışdı. Amma onu da qeyd etmişdi ki, Türkiyə etibarlı tərəfdaşdır, Türkiyə ilə əməkdaşlıq rahatdır. Təbii ki, Türkiyə beynəlxalq əməkdaşlıqda çox etibarlıdır. Kifayət qədər böyük potensiala malik olması da onunla səmimi əsaslarla əməkdaşlıq quran ölkələrin siyahısını da artırır.
Hərbi texniki sahədə də Türkiyə Rusiya ilə kifayət qədər səmərəli əməkdaşlıq qura bildi. Bu imkan mövcud olduğundan bu istiqamətdə bəlli nəticə əldə olundu. Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaqla özünün müdafiə sistemini daha da gücləndirdi. Nəzərə almaq lazımdır ki, Rusiya ilə sözügedən istiqamətdə əməkdaşlıqdan öncə ABŞ ilə Türkiyə arasında əməkdaşlıq müzakirə olunurdu. Amma ABŞ bu müzakirələrin hər hansı nəticəsinin olmaması üçün əlindən gələni etdi. Ankaranın güclənməsi Qərbdə arzu olunmadığı üçün "Patriot" müdafiə sistemləri Türkiyəyə verilmədi. 
Bu səbəbdən də hərbi texniki sahədə əməkdaşlığa ciddi məhdudiyyətlər qoyulur. Türkiyə isə özünün müdafiə sistemini daha da gücləndirmək məqsədilə Rusiya ilə əməkdaşlıq etdi. Bu əməkdaşlıq da səmərəli oldu. Bunun ardınca isə ABŞ F-35 təyyarələri ilə bağlı Türkiyəyə qarşı qəbulolunmaz mövqe sərgilədi. Yalnız bu, Türkiyənin özünümüdafiə sistemini gücləndirməsinə mane olmadı. Əksinə Türkiyə öz gücünü artıraraq, öz strateji hədəflərinə uğurla çatdı. Buna nümunə olaraq "Bayraktar"ın istehsal prosesini misal çəkmək olar. Qeyd edim ki, bununla bağlı Qərb dairələri ilə anlaşmalar mövcud idi, ancaq Avropa ölkələri bu istiqamətdə hər hansı addım atmadı. Türkiyə isə "Bayraktar"ın istehsalını gerçəkləşdirdi. Bir çox ölkələr Türkiyədən bu silahı almaq arzusundadır. Bu istiqamətdə də Türkiyə ilə əməkdaşlıqlar genişlənməkdədir".
Türkiyənin real gücə çevrildiyini deyən deputat Qərb dairələrinin bunu həzm edə bilməməsini xüsusi vurğulayıb:
"Ümumiyyətlə eyni hərbi-siyasi blokda təmsil olunan ölkələr dövlətlərarası münasibətlərin xarakterinə zidd olan mövqe sərgiləyirlər. Türkiyə NATO sistemində ən güclü orduya malik olan dövlətdir. Düşünürəm ki, Türkiyə ilə münasibətlərin korlanmasının zərərini məhz Qərb dairələri görəcəklər. Türkiyə isə bütün istiqamətlərdə uğurlu əməkdaşlıq sistemləri formalaşdırır. Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların səbəbi kimi Rusiya ilə hərbi-texniki sahədə sıx əməkdaşlıq etməsi göstərilir. Bunun səbəb olaraq deyilməsi heç də obyektiv əsas deyil. Çünki NATO-ya üzv olan başqa ölkələr də Rusiya ilə sözügedən istiqamətdə əməkdaşlıq edir. Lakin Qərb və ya NATO ölkələri onlara qarşı heç bir sanksiya tətbiq etmir. Bu da Türkiyəyə qarşı qısqanclıq elementlərini açıq-aşkar ifadə edir".
Könül Cəfərli

Siyasi       Tarix: 15 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat cebheden xeberler hava durumu krimnal bugun