Deputat: WUF13 Bakı üçün mühüm beynəlxalq hadisə kimi yadda qalacaq

Deputat: WUF13 Bakı üçün mühüm beynəlxalq hadisə kimi yadda qalacaq"Bakıda keçirilən WUF13 forumu Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm hadisələrdən biri kimi yadda qalacaq" 
Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 
O bildirib ki, Azərbaycan qlobal tədbirlərin keçirildiyi vacib platformalardan birinə çevrilib:
"Bir neçə gün ərzində dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər, şəhərsalma mütəxəssisləri və beynəlxalq təşkilat nümayəndələri Bakıda bir araya gəldi. Bu isə bir daha göstərdi ki, Azərbaycan artıq qlobal tədbirlərin keçirildiyi vacib platformalardan birinə çevrilib.
Forumun əsas mövzuları dayanıqlı şəhərlər, "ağıllı şəhər" modelləri, ekoloji təhlükəsizlik və insanların rahat yaşayışı ilə bağlı idi. Bu məsələlərin Bakıda müzakirə olunması Azərbaycanın da müasir şəhərsalma siyasətinə xüsusi önəm verdiyini göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri forum iştirakçılarının diqqət mərkəzində oldu".
Parlamentari qeyd edib ki, WUF13 Azərbaycana siyasi, iqtisadi, beynəlxalq imic baxımından mühüm üstünlüklər vəd edir:
"WUF13 Azərbaycana həm siyasi, həm iqtisadi, həm də beynəlxalq imic baxımından mühüm üstünlüklər vəd edir. İlk növbədə, forum ölkəmizin təhlükəsiz və sabit dövlət olduğunu bir daha nümayiş etdirdi. Dünyanın fərqli ölkələrindən gələn qonaqlar Azərbaycanın inkişafını yaxından gördülər. Bu isə gələcəkdə yeni əməkdaşlıqların və investisiyaların artmasına müsbət təsir göstərə bilər.
Digər vacib məqam isə Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübənin beynəlxalq səviyyədə təqdim olunmasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri bir çox ölkələr üçün maraqlı nümunə kimi qiymətləndirilir. Forum çərçivəsində bu layihələrin təqdim edilməsi Azərbaycanın müasir inkişaf modelini dünyaya göstərmək baxımından əhəmiyyətli oldu".
Deputat qeyd edib ki, WUF13 yeni ideyaların və təcrübələrin öyrənilməsi üçün imkan yaratdı:
"WUF13 həm də yeni ideyaların və təcrübələrin öyrənilməsi üçün imkan yaratdı. Dünyanın müxtəlif ölkələrinin təcrübəsinin müzakirə olunması gələcəkdə Azərbaycanda şəhərsalma siyasətinin daha da inkişafına kömək edə bilər. Xüsusilə ekoloji layihələr, yaşıl enerji və rəqəmsal idarəetmə sahəsində yeni yanaşmaların tətbiqi sürətlənə bilər. Ümumilikdə, WUF13 forumu Bakının beynəlxalq dialoq mərkəzi kimi mövqeyini daha da gücləndirdi. Forum həm Azərbaycanın müasir inkişafını nümayiş etdirdi, həm də ölkənin gələcək beynəlxalq layihələr və əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu göstərdi".
Şahanə Ziyad

Siyasi       Tarix: 23 may 2026
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krimnal bugun cəbhədən ən son xəbər bugunun xeberleri