Deputatdan karantin rejimi ilə bağlı qəbul edilən qərara MÜNASİBƏT

Deputatdan karantin rejimi ilə bağlı qəbul edilən qərara MÜNASİBƏTDeputatdan karantin rejimi ilə bağlı qəbul edilən qərara MÜNASİBƏT
"Bayram günlərində xüsusi sərtləşdirilmiş rejimin tətbiq edilməməsi təqdirə layiqdir".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bir müddət öncə də qeyd etdiyimiz kimi, karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, daha dəqiq desək yoluxma sayı götürülsə də artıq 500 minə yaxın vətəndaşımızın peyvənd olunduğunu və yoluxma sayının tənzimlənən həddindən çıxmadığını nəzərə alsaq iqtisadiyyat sektorunda yenidən qapanma arzuolunan deyildi:
"Çünki, real sektorda fəaliyyət göstərən müəssisələr, eləcə də kafe və restoranlar qapanmadan sonra fəaliyyətlərinin bərpası müəyyən zaman və maliyyə tələb edir. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.
Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımdan da vacib hesab olunur".
Millət vəkili vurğulayıb ki, bayram günlərindən sonrakı dövrdə "lockdown", yəni qapanmanın tətbiq olunmaması üçün hər birimizin qaydalara ciddi əməl etməyimiz, xəstəliyə yoluxmamaq üçün təhlükəsizlik tədbirlərinə məsuliyyətlə yanaşmağımız vacibdir:
"Tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi mütləqdir. Virusun lokallaşdırılması və onun təsirinin azaldılması hər birimizin qaydalara əməl etməyimizdən asılı olacaq və ümid edək ki, vaksinasiya yoluxma sayını azalda və yenidən qapanma riskini minimallaşdıra biləcək".

Sosial       Tarix: 19 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun krimnal bugun son xabar meherremlik 2026