Deputatlar icra başçılarını, nazirləri, baş prokuroru "sorğuya" çəkə bilərlər

Deputatlar icra başçılarını, nazirləri, baş prokuroru "sorğuya" çəkə bilərlərDeputatlar icra başçılarını, nazirləri, baş prokuroru "sorğuya" çəkə bilərlər
Azərbaycan Konstitusiyasına görə, ölkədə hakimiyyətin üç qolu var: icra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti.
Son illər ölkə rəhbərliyi icra və məhkəmə hakimiyyətində islahatlar aparmaqla idarəetmə sistemini daha da təkmilləşdirib.
Mövcud durum islahatlar dalğasının qanunverici hakimiyyətdən də yan keçməməsini zəruri edirdi.
Bu baxımdan, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirildi.
Martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin iclasında çıxışı zamanı deputatlar qarşısında duran vəzifələri xatırladıb.
"Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır", - deyə ölkə başçısı bildirib.
Prezident daha sonra qeyd edib:
"Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək".
Problemləri üzə çıxarmaq və onun həlli üçün deputatlara qanunla səlahiyyətlər verilib. Bu səlahiyyətlər Konstitusiyanın müvafiq maddələri və "Milli Məclisin deputatının statusu haqqında" qanunla tənzimlənir.
Deputatlar öz səlahiyyətləri çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarına sorğu verə bilər.
Deputatlar, həmçinin, Azərbaycanın Baş prokuroruna, ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Mərkəzi Bankın İdarə Heyətinə, Auditorlar Palatasına sorğu göndərə bilər.
Qanunvericiliyə görə, həmin soğru fərdi qaydada və ya Milli Məclisin iclaslarında yazılı şəkildə verilir. Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidirlər.
Bundan başqa, deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları, sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarına, dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər.
Həmin orqanlar tələb olunan materialları və sənədləri dövlət sirri haqqında qanunvericiliyin tələblərini gözləməklə 10 gün müddətində deputata təqdim etməlidirlər.
Bundan əlavə, Milli Məclisdə hər il növbəti ilin büdcəsi müzakirə olunarkən nazirlər da iclaslarda iştirak edir.
Nazirlər Kabinetinin hesabatı, Hesablama Palatasının ildə iki dəfə hesabatları, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı da Milli Məclisdə dinlənilir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 11 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri