Deputatlar niyə Ramiz Mehdiyev haqda danışmır? - Onlar düşünür ki... - Partiya sədri ilə müsahibə

Deputatlar niyə Ramiz Mehdiyev haqda danışmır? - Onlar düşünür ki... - Partiya sədri ilə müsahibəXəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevə cinayət işi açılıb.
Hadisə ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir: bəzi şəxslər onu sərt tənqid edir, digərləri isə ümumiyyətlə mövzu barədə danışmaqdan çəkinir. Maraqlıdır ki, bu mövzuda ən çox susqunluq göstərənlər isə hər zaman mediaya açıq olan bəzi deputatlardır. Onlar mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan qaçırlar. 
Mövzu ilə bağlı azxeber.com Ağ Partiya sədri Tural Abbaslıdan müsahibə alıb. 
Müsahibəni təqdim edirik:
- Tural bəy, sizcə bəzi deputatlar Ramiz Mehdiyev haqda açıqlama verməkdən çəkinirlər?
- Bəzi insanlar açıqlama vermək istəmir, çünki onlar hələ də dövlətin rəsmi mövqeyini bilmirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin Mehdiyevin həbsi barədə rəsmi açıqlaması yoxdur. Eyni zamanda Səbail Rayon Məhkəməsinin də rəsmi bəyanatı heç yerdə əks olunmayıb. Həmçinin Təhlükəsizlik Şurasından çıxarılıb-çıxarılmaması ilə bağlı da dəqiq məlumat yoxdur. Bunların hamısı mediada yayılan məlumatlardır. Amma mövzu inkar da olunmur. Ona görə də bəzi insanlar öz taleləri üçün qorxurlar və düşünürlər ki, Mehdiyevin iqtidarda təsir imkanları hələ də var. Onlar elə hesab edirlər ki, sabah onun həbsi təkzib oluna bilər. Mehdiyevin özü və kürəkəni də danışıb, amma onlar da məsələni nə təkzib, nə də təsdiq ediblər.
- Vaxtilə Ramiz Mehdiyevə yaxın olan bağlı bəzi şəxslər isə onu sərt tənqid edirlər. Bəziləri isə Mehdiyevin onların vaxtilə qarşısını kəsdiyini deyirlər. Buna münasibətiniz necədir?
- Kiməsə qarşı vaxtilə pislik edib. İndi onlar düşünürlər ki, Ramiz Mehdiyevin zəif vaxtıdır. Özlərini qarşı haqsız və ədalətsiz hesab etdikləri məsələləri işıqlandırırlar. Bu, hər zaman belə olub. Yəni vəzifədə olan şəxs haqqında danışmaqdan çəkinən insanlar, o, vəzifədən kənarlaşandan sonra onu qaralamağa başlayırlar. Bu təbii haldır. "Tərtər işi" zamanı və 2005-ci ildə Əli İnsanov həbs olunanda da bunun şahidi olduq. Biz, müxalifətdə olan insanlar, belə mövzuları illərdir danışırıq. Sabah açıqlansa ki, Ramiz Mehdiyev haqqında cinayət işi yoxdur, yenə də danışacağıq.
- Bəs mətbuatda yayılan iddialar haqqında nə düşünürsünüz?
- Ona qarşı irəli sürülən ittihamlar çox ağırdır. Amma ola bilsin, rəsmi açıqlama yayılsın ki, Ramiz Mehdiyev haqqında cinayət işi var, lakin bu, AMEA-da olan yeyintilərlə bağlıdır. Amma bu qədər qeyri-müəyyənliyin olmasını istəməzdim. 
- Sizcə, parlamentdə onun komandasından kimsə varmı?
- Düşünürəm ki, bu ehtimal doğrudur. Çünki o, 24 il Prezident Administrasiyasının rəhbəri olub. Bəzi şəxsləri nazirlər kollektivinə o təqdim edib. Bəzi icra başçıları ona hesabat verib. 24 il ərzində təbii ki, müxtəlif dövlət strukturlarına adamlar gətirib. Amma məsələ ondan ibarətdir ki, həmin kadrlar dövlətə, yoxsa Ramiz Mehdiyevə sadiqdir? Əgər dövlətə sadiqdirsə, onu vəzifəyə kimin gətirməsi vacib deyil. Amma Ramiz Mehdiyevə sadiqdirlərsə, burada məsələ dəyişir. Mehdiyevin istefaya göndərildiyi vaxtdan tutduğu mövqe düşmənçilik xarakteri daşıyır. Onun həbsinə kifayət qədər əsas var.
- Mediada yayılan xəbərlərə görə Milli Məclisdə Mehdiyevə yaxın kifayət qədər deputat var. Bəs sizcə, növbədənkənar deputat seçkiləri ola bilərmi?
- Düşünmürəm ki, parlament üzvləri özləri özünü buraxsın. Heç kəs aşına su qatmaz. Oturublar orada, niyə buraxsınlar ki, özlərini? Amma siyasi iradə olsa, məsələ fərqlidir. Məsələn, məlum olsa ki, Mehdiyevə sadiq şəxslər parlamentdə var, onda dövlət parlamenti buraxa bilər. Ramiz Mehdiyevin "5-ci kolon"u bütün dövlət strukturlarından təmizlənməlidir.
- Prosesin sonunu necə görürsünüz?
- İqtidar necə qərar verəcəksə, elə də olacaq. Dəqiq bir şey demək mümkün deyil. Bəlkə ittihamlar yüngülləşəcək? Sabah gündəm tamamilə dəyişə bilər.
- Ramiz Mehdiyev işi Türkiyədəki FETÖ əməliyyatına bənzəyə bilərmi?
- Ola bilər ki, proses FETÖ əməliyyatı kimi dərinləşsin, yaxud tamamilə gündəmdən çıxsın. Ramiz Mehdiyev açıqlama verə bilər ki, onun haqqında olan bütün ittihamlar şaiədir. Hazırda rəsmi istinad ediləcək heç bir mənbəmiz yoxdur.
- Deputatlar da buna görə susur?
- İqtidar nümayəndələri öz manevr imkanlarını əllərində saxlamaq üçün belə davranırlar. Onlar sabah deyə bilərlər ki, cinayət işi var, yaxud da elə bir şey yoxdur.
Şahanə Ziyad

Siyasi       Tarix: 21 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 son xeber 2026 bugünki xəbərlər axsam.az xeberler