Deputatlar tətilə niyə buraxılmadı, növbədənkənar seçkiyə gedirik? – Zahid Oruc səbəbi AÇIQLADI
Yaz sessiyası başa çatdıqdan sonra deputatlar tətilə getməli olsalar da, Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyaları Milli Məclisin sədri, Azərbaycan Prezidenti və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırılır. Spiker Sahibə Qafarova bununla bağlı deyib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.
Maraqlıdır, Milli Məclisin gözlənilməz növbədənkənar sessiya qərarı nə ilə bağlıdır? Bunun növbədənkənar parlament seçkilərinin elan ediləcəyi ehtimalı ilə əlaqəsi varmı?
KONKRET.az bu və digər suallara cavab almaq məqsədilə deputat Zahid Orucla əlaqə saxlayıb.
Deputatın sözlərinə görə, son illər ərzində Azərbaycan parlamentinin yaz sessiyasını may ayında deyil, iyun ayında başa çatdırmasına dəfələrlə şahidlik etmişik. O, bunda hansısa fövqalədəlik, fors-major vəziyyətlə bağlılıq axtarışlarını lüzumsuz saydığını deyib:
"Ötən illərin informasiyalarına göz atsanız görəcəksiniz ki, o zamanlarda da eyni addım atılmışdı. Bunu faktiki olaraq qanunvericilik yükünün ağırlığı tələb edir. Səbəb yalnız budur.Bbüdcədə dəyişikliklər, ona yenidən əlavələrin edilməsi, böyük qayıdışın və təhlükəsizliyimizin təminatı ilə bağlı tədbirlər hüquqi aktlarla möhkəmləndirilməlidir.B ir sıra başqa qanun layihələri mövcuddur ki, onlar qısa müddətdə qəbul edilməlidir. Yəni müddətin bir ay uzadılması formalaşan ənənələrlə bağlıdır".
Deputat Milli Məclisin yaz sessiyasının vaxtının uzadılmasının növbədənkənar parlament seçkiləri ilə bağlı olub-olmadığı sualını da cavablandırıb:
"Hətta həmin bir ay ərzində hansısa ciddi qərarlar qəbul ediləcəyi təqdirdə belə, bunun sessiya vaxtının uzadılması ilə bağlı olduğu qənaətinə gəlməməliyik. Seçki qərarı verilərsə də, parlament sesssiyasının uzadılması qərarının bununla bağlılığını iddia etmək doğru olmaz. Düşünürəm ki, media orqanları cəmiyyəti düzgün məlumatlandıracaq".
Paşa HƏSƏNOV
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da