Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı
Deputatlığa namizədlərin irəli sürülməsi prosesi başladı
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Oxu.Az-ın məlumatına görə, Seçki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, birmandatlı seçki dairələri üzrə namizədlər bu seçkilərin təyin edilməsi haqqında sərəncam rəsmi dərc olunduqdan sonra irəli sürülür.
Qeyd edək ki, Seçki Məcəlləsinin 147-ci maddəsi Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması ilə bağlıdır.
Bildirilir ki, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də imzaladığı sərəncamla Milli Məclisə növbədənkənar seçkiləri 2020-ci ilin fevralın 9-na təyin edib.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı