Dərin yuxu beyni toksinlərdən təmizləyir

Dərin yuxu beyni toksinlərdən təmizləyirBoston Universitetinin tədqiqatçıları aşkar ediblər ki, dərin yuxu insan beyninin potensial zəhərli maddələrdən təmizlənməsinə kömək edir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onların tədqiqatının nəticələri "Science" jurnalında dərc edilib. Yeni tədqiqata görə, sinir hüceyrələrinin fəallığının zəifləməsi dərin yuxuda haram iliyin beyinə doğru və geriyə ritmik hərəkətinə məkan yaradır. Alimlərin fikrincə, bu proses metabolizm məhsullarını beyindən yuyur.
Boston Universitetinin biotibb mühəndisliyi kafedrasının dosenti Laura Lüis tədqiqatın nəticələrinə dair hesabatında təsdiq edir ki, ağıldankəmlikdən əziyyət çəkən insanların beyninə anormal şəkildə yapışan zülal - beta-amiloid bu cür "tullantılardandır". Lakin dərin yuxu ağıldankəmliyin və ya digər xəstəliklərin qarşısını almağa kömək edir. Tədqiqatın son məqsədi belə bir problemi başa düşməkdir: nə üçün keyfiyyətsiz yuxu ağıldankəmlikdən tutmuş ürək xəstəlikləri və depressiyayadək müxtəlif xroniki vəziyyətlərin yaranması riskinin yüksəlməsi ilə bağlıdır.
Tədqiqatçılar bundan əvvəl də bilirdilər ki, haram ilik metabolik kənar məhsulların beyindən təmizlənməsinə kömək edir. Onu da bilirdilər ki, bu proses yuxuda güclənir. Lakin bunun necə və nə üçün baş verdiyini bilmirdilər. Buna görə də alimlər bu tədqiqat çərçivəsində invaziv olmayan üsullardan - beyində maye axınının monitorinqi üçün təkmilləşdirilmiş MRT (maqnit-rezonans tomoqrafiya) və beyin hüceyrələrində elektrik fəallığının ölçülməsi üçün elektroensefaloqrammadan istifadə etməklə yuxunu tədqiq etmək üçün tədqiqata 11 sağlam yaşlı adam cəlb ediblər.
Məlum olduğu kimi, yuxunun iki kateqoriyası var: gümrah yuxu (yuxunun göz almacıqlarının sürətli hərəkəti ilə müşayiət olunan mərhələsi) və dərin yuxu. Gümrah yuxu zamanı tənəffüs və ürəkdöyünmə tezliyi nisbətən yüksəkdir. Bu zaman insanlar çox vaxt reallığa uyğun yuxular görürlər. Dərin yuxu dərin və ləng yuxu mərhələlərini əhatə edir. Bu mərhələlərdə baş beyin hüceyrələrinin fəallığının, ürəkdöyünmə tezliyinin və qan dövranının yavaşıması müşahidə olunur. Tədqiqatlar göstərib ki, dərin yuxu gündəlik gərgin işdən sonra yaddaşın konsolidasiyasına və beynin bərpasına şərait yarada bilər.
Amerikalı tədqiqatçıların fikrincə, bu kəşf insan beyninin öyrənilməsində böyük sıçrayış edə bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun xeberler bu qun axsam.az xeberler cəbhədən xəbər