Dərmanı olmayan yeni virus tapılıb: Meyvə yeyəndə diqqətli olun
Dərmanı olmayan yeni virus tapılıb: Meyvə yeyəndə diqqətli olun
Çin və Sinqapur alimləri insan və heyvanları yoluxdura bilən ölümcül təhlükəli henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər. Yeni patogen Lanye virusu (LayV) adlandırılıb. Ümumilikdə Şandunq və Henan əyalətlərində 35 nəfər buna yoluxub.
Yoluxma zamanı ən çox görülən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və başağrısıdır.
İndiyədək yoluxmuşlar arasında heç bir əlaqə aşkar edilməyib və onların yaxınlarında xəstəlik əlamətləri yoxdur. Bu, virusun insandan insana ötürülməsinin mümkün olmadığına ümid etməyə imkan verir.
Ümumiyyətlə, patogen henipavirusun Nipah növünə (NiV) bənzəyir, lakin Lanye vəziyyətində həkimlər hələ ki, ölüm və ya ağır gedişat müəyyən etməyiblər.
Qeyd edək ki, henipavirus yarasalar, siçanlar tərəfindən yayılır və yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ona qarşı nə dərman, nə də vaksin var və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir (Koronavirusun göstəricilərindən yüksəkdir). Yeganə müalicə variantı ağırlaşmaların qarşısını almaq üçün dəstəkləyici terapiyadır. Bu günədək insanları yoluxdura bilən iki növ henipavirus müəyyən edilib: Nipah (NiV) və Hendra. Ümumdünya Səhiyyə Təşkilatı NiV-i dünyanın ən təhlükəli viruslarından biri adlandırır və növbəti pandemiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: Gazeta.ru

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ