Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcək

Di Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcəkDi Kaprio milyardlarla dollarlıq dələduzluq işi üzrə ifadə verəcək
Tanınmış aktyor Leonardo Di Kaprio dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verəcək.
İş "The Fugees" qrupunun keçmiş üzvü, reper Prakazrel Mişel və malayziyalı iş adamı Lou Thek Coya qarşı qaldırılıb. Onlar 2019-cu ildə 21 milyon dollardan çox pulun yuyulmasında ittiham olunublar.
Müstəntiqlərin fikrincə, müttəhimlər qeyri-qanuni yolla əldə etdikləri pulları 2012-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın seçki kampaniyasına yönəltməyə cəhd ediblər. Hər iki şəxs günahlarını inkar edib.
Məlumata görə, oğurlanmış vəsaitlər həmçinin bir sıra filmlərin, o cümlədən "Uoll-strit canavarı"nın maliyyələşdirilməsi üçün istifadə edilib. Di Kaprionun baş rolda çəkildiyi filmin prodüseri Malayziyanın keçmiş baş nazirinin ögey oğlunun həmtəsisçisi olduğu "Red Granite Pictures" şirkəti olub.
Bundan əlavə, 2017-ci ildə Di Kapriodan Pablo Pikassonun bir tablosu müsadirə edilib. Əsər 3,2 milyon dollar dəyərində qiymətləndirilib. Aktyorun onu Loudan aldığı vurğulanıb.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda Lou və Mişel işi üzrə şahidlərin siyahısını açıqlayıb. Onlardan biri də Di Kapriodur. Ondan başqa siyahıda ən azı 24 nəfər də var. Əvvəllər aktyor gizli ifadə verib.
Mənbə: daily.afisha.ru / oxu.az

Şou Biznes       Tarix: 15 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler meherremlik 2026 xeberler sou biznes