Diananın evliliyini pozan Kamillanın və "yad qızı" Meqanın uşaqlarının statusu bəlli oldu - FOTO

Diananın evliliyini pozan Kamillanın və Diananın evliliyini pozan Kamillanın və "yad qızı" Meqanın uşaqlarının statusu bəlli oldu - FOTO
Bir vaxtlar Uels şahzadəsi Diananın evliliyini pozmaqda qınanan Kamilla həyat yoldaşı kral III Çarlzın tacqoyma mərasimində yanında kraliça kimi yerini alacaq.
Məlumata görə, bu, kraliça II Elizabetin cari ilin fevralında taxta çıxmasının 70 illik yubileyi ərəfəsində dilə gətirdiyi səmimi istəyi olub. II Elizabet Çarlzın taxta çıxmasından sonra onun həyat yoldaşının kraliça-konsort kimi tanınmasını istədiyini bildirib.
"Vaxtı gələndə oğlum Çarlz kral olacaq. Əminəm ki, ona və xanımı Kamillaya mənə verdiyiniz dəstəyi göstərəcəksiniz; və mən səmimi qəlblə arzu edirəm ki, o vaxt gələndə Kamilla sadiq xidmətini davam etdirdiyi üçün kraliça-konsort kimi tanınsın", - deyə kraliça həmin vaxt yazmışdı.
Qeyd edək ki, mərhum şahzadə Diana müsahibələrinin birində Çarlzla evlilik müddətində ərinin Kamilla ilə uzun müddət davam edən sevgi münasibətinə görə "bu evlilikdə üçümüz var idik" deyə şikayət etmişdi. Bundan sonra Kamilla Britaniya ictimaiyyəti tərəfindən uzun müddət qınağa məruz qalmışdı.
Diananın evliliyini pozan Kamillanın və Bundan əlavə, 2020-ci ilin aprelindən etibarən Britaniya kral ailəsinin üzvləri olmaqdan çıxan şahzadə Harri və həyat yoldaşı Meqan Marklın uşaqları Arçi Mauntbetten-Vindzor və Lilibet texniki olaraq şahzadə sayılırlar. Qeyd edək ki, ABŞ-a köçmək, işləmək və bizneslə məşğul olmaq hüququnu əldə etmək üçün onlar "əlahəzrət kral" titulundan, hökumətin maliyyələşdirməsindən və "Sussex Royal" ticarət nişanından imtina etməli olmuşdular.
Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də övladları və nəvələrinin əhatəsində Şotlandiyanın Balmoral qəsrində vəfat edib.
Diananın evliliyini pozan Kamillanın və Mənbə: Gazeta.ru

Maraqlı       Tarix: 12 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan xankendi sonxeberler valyuta mezennesi