"Dilan Polat" gözəllik mərkəzinin Azərbaycan şöbəsi bağlanacaq? - RƏSMİ CAVAB + FOTO

"Dilan Polat" gözəllik mərkəzinin Azərbaycan şöbəsi bağlanacaq? - RƏSMİ CAVAB + FOTO
"Çirkli pulların yuyulması" və "vergidən yayınma" ittihamları ilə həbs olunan türkiyəli məşhur sosial media fenomenləri Dilan və Engin Polatın rəhbərlik etdiyi gözəllik mərkəzlərinin Türkiyədəki bəzi filialları bağlanıb.
Oxu.Az xəbər verir ki, cütlüyün həbsindən sonra "Dilan Polat" gözəllik mərkəzinin Azərbaycanda fəaliyyət göstərən filialının da bağlanacağı haqqında şayiələr yayılmışdı.
Türkiyədə cütlüyə qarşı cinayət işinin açılmasından sonra şirkətlər zəncirinin Sivas və Kipr şöbələrinin ləğv edildiyi, Ərzurum şöbəsinin isə işçilərinin əksəriyyətinin ərizə yazaraq, işdən çıxdığı haqqında məlumatlar yayılmışdı.
Oxu.Az-ın araşdırmasına əsasən, "Dilan Polat" gözəllik mərkəzinin Azərbaycan şöbəsi isə fəaliyyətini davam etdirir. Bakıda yerləşən mərkəzin sosial şəbəkə hesabları aktiv istifadə edilir, görüş təyin olunur, aparılan prosedurlar paylaşılır.
"Dilan Polat" Azərbaycanda araşdırılma aparılıb-aparılmadığına gəlincə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakıda fəaliyyət göstərən "Dilan Polat estetik & güzellik" mərkəzi haqqında xüsusi bir araşdırma aparılması barədə onlarda məlumat yoxdur.
Xidmətin bildirdiyinə görə, ümumiyyətlə, bir qayda olaraq sahibkarlıq subyektinin fəaliyyətində, vergi ödənişlərində hər hansı hüquqpozma halları və ya risk yaradan amillər olarsa, bu halda araşdırma predmeti ola bilər.
Aysel Aslan  

Maraqlı       Tarix: 23 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün