DİN Bakıda məktəbə "patı" gətirilməsi məlumatlarına münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda məktəblərin birinə "patı" gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatların araşdırılması yekunlaşıdırılıb.
O qeyd edib ki, məsələ təsdiqini tapmayıb: "Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir".
"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir" – o vurğulayıb.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR