DİN-dən məlumat bazasına kiber hücum barədə AÇIQLAMA
DİN-dən məlumat bazasına kiber hücum barədə AÇIQLAMA
Azərbaycan Daxili İşlər Nazirliyi onlara məxsus məlumat bazasına heç bir kiber hücumu olmadığını açıqlayıb.
Qurum açıqladığı məlumatda bunun erməni təxribatı olduğunu bildirib:
"Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.
Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.
Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri-rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.
O ki qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır". /oxu.az

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR