DİN-dən pirotexniki vasitələrlə bağlı XƏBƏRDARLIQ
DİN-dən pirotexniki vasitələrlə bağlı XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi (DİN) Yeni il münasibətilə vətəndaşlara müraciət ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a daxil olan müraciətdə qeyd edilib:
"Qarşıdan gələn Yeni il bayramı münasibətilə bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq!
Bu bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız yaradılmış bu əlverişli şəraitdən səmərəli istifadə etmək əvəzinə, bayram ərəfəsində öz maliyyə itkilərini düşünmədən, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən istifadə edərək ətrafdakı insanların rahatlığını və dincliyini pozurlar.
Bundan başqa, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.
Bunları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan, xüsusən gənclərimizdən xahiş edirik ki, bayram günlərində insanların yüksək əhval-ruhiyyəsini, dincliyini pozan, sağlamlığa zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan belə hərəkətlərdən çəkinsinlər. Vətəndaşlarımızın bayram sevincini, ovqatlarını bu kimi xoşagəlməz hərəkətlərlə pozmasınlar". /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb